Bəzi terminlərin Azərbaycan dilində qarşılığı

Salam. 'Interpreted language' və 'Compiled language' ifadələrini ən uyğun şəkildə necə tərcümə etmək olar Azərbaycan dilinə?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Rasul (2017-04-25 12:18:44)
Salam.Yarımkompilyasiya məntiqli tərcümədir.Kompilyasiyanı da əvəz etmək olsa idi çox yaxşı olardı. Məsələn, türklər 'derleme' deyir.Çox sağolun.

ahmed (2017-04-25 08:10:45)
Salam. Bu ifadələri tərcümə etmək biraz qəlizdi. Mən aşağıdakı kimi tərcümə eliyirəm. compiled language - kompilyasiya olunan dil interpreted language - yarımkompilyasiya olunan dil. interpreted dillərdə kompilyasiya tam sona kimi gedib CPU tərəfindən icra olunan ikili kod generasiya olunmur. Kompilyasiya prosesi yarımçıq dayandırılaraq bayt kod generasiya edilir, hansı ki xüsusi tərtib olunmuş proqramın - interpretatorun köməyi ilə icra olunur. Ona görə mən bu tərcüməni təklif eliyirəm.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google Translate-də tərcümə olunan sözlərin avtomatik yaddaşda saxlanılması

Onehourtranslation.com haqqında sual

Bəzi İT Terminlərin tərcüməsi -3

qTranslate ilə bağlı

Access specifier

Tərcümə saytı