Hərkəsə salam.
Wordpress-də edit-də header.php faylina səhf kod yazıb save edəndən sonra sayta girmək olmur. HTTP ERROR 500 yazılır. Admin panelinə də həmçinin. O faylı hardan edit edimki sayt əvvəlki halına qayıtsın?
Əlimdə yalnız admin panelin hesabı var. Digər hansı hesablar lazımdır?
Əvvəlcədən təşəkkürlər
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
1
Salam.
Ümumiyyətlə fayl editi saytdan etməyin, ftp və ya cpanel nə varsa ordan edin, yəni kənardan.
İndiki durumda isə WP-Admin->Appearance->Editor bölməsindən asanlıqla düzəldə bilərsiz. Yox əgər işdir admin panel də error verirsə açmırsa, o halda problem header.php-də deyil, functions.php-dədir.
0
Plugin əlavəsinə çalışdım. pluginin verdiyi kodu yerləşdirdim sadəcə. və belə mənzərə çıxdı qarşıma. …/wp-login.php də çalışmır. Həll üçün digər hansı yollar mövcuddur?
Minnətdaram yardımınız üçün.
1
səhv əlavə etmisiz deməli. o plugini ftp ilə tam silin sonra yenidən qurun. bu dəfə əlavəni daha diqqətli edin. digər yol mümkün deyil, mütləq kənardan(ftp,cpanel və.s.) müdaxilə gərəkdir
0
Anladım. Təşəkkür edirəm.
filezilla ilə ftp ilə dəyişiklik etmək istəyirəm ancaq giriş alınmır.
wordpress saytidirsa host olan hissədə nə yazılmalıdır?
üzürlü sayın web developdan anlayış az olduğu üçün sizi yoruram
0
ftp və ya cpanel hesabları açmalıyam?
1
artıq bunlar təməl anlayışlardır deyə sual-cavab formatına uyğun deyil, yaxşı olar ki öncə oxuyasınız bu haqda dərsliklər, məqalələr.
0
Təşəkkürlər
Sual verin
Cavab verin