Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Web Checkout sistemi üçün hara müraciət etməliyik ?

Tutaqki mənim bir saytım var, oradaki hər hansısa bir xidmətdən yararlanmaq üçün, müştəri bank kartının məlumatlarını daxil edib Checkout etməlidir. Checkout edən zaman, vəsait mənim (şirkətin) bank hesabına köçməlidir. (visa,master-card,paypal)
Bu Checkout sistemi üçün hara müraciət etməliyəm ?
Bu mövzuda anlayışım heç yoxdur.

Bu sistemi proqramçı özü yığmalıdır yoxsa


Kateqoriya: Sual . , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(22:54, 31/05/2017 ) #68716

Hazırda 5 əsas servis var bu sahədə.
1. Azericard
2. Millicard
3. Goldenpay(Millicard üzərində işləyir)
4. Pashabank
5. Portmanat Card (Pashabank üzərində işləyir. Bir neçə gün əvvəl açıldı, Portmanat Code ilə qarışdırmayaq, o ayrı servisdir bu ayrı)
6. Bir neçə başqa bankın da oxşar xidməti var, amma yayğın deyillər.

Hansına istəsəz müraciət edə bilərsiniz. İlk 4 dənəsi sizdən sahibkar rekvizitləri, bank hesabı istəyəcək, yəni fiziki şəxs kimi VÖEN. VÖEN olmadan, yəni rəsmi sahibkar qeydiyyatl olmadan olmur bu işlər. Portmanatı isə bilmirəm, özlərindən soruşa bilərsiniz ki onlar da VÖEN tələb edir, yoxsa vergini sizdən tutub öz adlarından ödəyə bilərlər, sizə də yerdə qalan məbləği adi vətəndaş hesabına köçürə bilərlərmi deyə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:10, 01/06/2017 ) #68720

    aha aydındır.

    İlk 4lük məndən SSL sertifikat tələb edə bilər ?
    Bu sadalananlar api verirlər yoxsa sistemə integrasiya edirlər funksiyanı ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:13, 01/06/2017 ) #68723

      Hamısı APİ verir siz də inteqrasiya edirsiniz özünüz. Sualınız da olanda texniki dəstəklərindən soruşursuz. Öncə test kart filan verirlər ki, bununla ödəyin, hər şey düzdürsə test rejimini söndürün aktivləşdirin.
      SSL-i məncə Millicard tövsiyyə edir, dəqiq bilmirəm, Azericard, Portmanat isə etmir. Çünki onsuz da ödəniş onlar tərəfdə baş verir sonra callback qayıdır sizin sayta (Paypal kimi) Belə də ki, SSL indi vacibdir, ödəniş olsa da olmasa da qoşmalısız sayta. SEO-ya filan ciddi təsiri var.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır


    (14:25, 05/06/2017 ) #68781

    dediyiniz sistemlər yerli e-commerce saytı üçün yaramır.

    1. XİDMƏTDƏN yararlanmaq soruşulur sualda – deməli xarici gateway ilə olsa, 18% də ƏDV tutulacaq müştəridən. Ki bu nə alana nə də satana sərf etməyəcək.
    2. Yerli e-commerce və ya payment qəbul edən şirkət/təsisat VÖEN açmadan bunu edirsə, sabah bir az populyarlıq qazanandan sonra başı ağrıya bilər, həm də çox pis ağrıya bilər. Çünki qanunda xarici və ya yerli gateway fərqi yoxdur, burda fəaliyyət göstərən biznesdirsə vergi verməlidir. Məsələn UBER Azərbaycan yox, Hollandiya POS-u isitfadə edir Bakıda. Amma vergi verir, verməmək də olmaz əgər iş ciddidirsə. (freelance, bir dəfəlik ödənişlər, kiçik şeylər hazırda təqib edilmir deyə dedikləriniz o seqmentdə keçərlidir , amma ciddi işlərdə yox). Tək yol o olar ki gərək biznesini, ofisini də daşıya xaricə, ordan bura sata.
    3. Valyuta – xarici gateway olanda azn-usd-azn konvertasiyası olacaq və cəmdə 1-5% itki olacaq, ki bu da böyük rəqəmdir 0% itki ilə müqayisədə.
    və.s.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Babazade cavab verdi - hecbek model il 2016 rəngi qırmızı 1.6 motor maşın (7 saat əvvəl)

Babazade cavab verdi - Youtubda Sizin üçün Tövsiyə olunur necə edirlər? (7 saat əvvəl)

Maqa cavab verdi - Gömrükdən satmaq üçün gətirilən telefonu keçirmək (13 saat əvvəl)

Maqa cavab verdi - hecbek model il 2016 rəngi qırmızı 1.6 motor maşın (13 saat əvvəl)

Maqa cavab verdi - Youtubda Sizin üçün Tövsiyə olunur necə edirlər? (13 saat əvvəl)

Şükür Hüseynov cavab verdi - Komputerim oz ozune sonur (1 gün əvvəl)

camo052 cavab verdi - Kompüterin orginal İP-sini necə geri qaytarım ? (2 gün əvvəl)

Logist cavab verdi - Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (2 gün əvvəl)

niko_seymuroglu cavab verdi - domen elavə etmək (2 gün əvvəl)

niftaliyev cavab verdi - Komputerim oz ozune sonur (2 gün əvvəl)

oguztml cavab verdi - Oyun kataloqu (3 gün əvvəl)

E. Hacı cavab verdi - Kompüterin orginal İP-sini necə geri qaytarım ? (3 gün əvvəl)

niftaliyev cavab verdi - Plagiat proqramının iş prinsipi necədir (3 gün əvvəl)

niftaliyev cavab verdi - Wordpress Azerbaijan herifleri ile link problemi (3 gün əvvəl)

niftaliyev cavab verdi - Wordpress.com-da qurduğum bloqu Wordpress.org-a daşımaq istəyirəm. (3 gün əvvəl)

E. Hacı - 574 xal

Software Developer - 571 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 217 xal

Sistemə daxil olmuş 19501 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2018