Salam. Mən bir muddetdir ki php haqqında turk video derslerini izlemisem. Oradaki funkisyalarla xirda isler görə bilirəm. Ve bu ezbercilikdir bilirəm. Lakin istəyirəm bu sahese inkisaf edim. Haradan və necə davam etmeye cetinlik cekirem. Ve mən praktik olaraq developer grouplarina necə qosula bilərəm?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Salam
Əgər müəyyən səviyyədə öyrənmisizsə, məsləhət görürəm, real bir proyektə başlayasız. Məsələn, internetdə N qədər blog şablonu var. Yükləyin birini, başlayın bloqu yığmağa. Və yaxud özünüz hazırlayın şablonu. Html və Css üzrə inkişaf baxımından şablonu da özünüz hazırlasanız daha yaxşı olar. İlk baxışdan bəzi şeylər çətin gələ bilər, amma problem deyil, soruşa-soruşa yığın hissə-hissə (Elə bu saytda, facebook qruplarında harda istəsəz soruşun). Məsələ elə bilmədiyiniz şeyləri öyrənə-öyrənə real bir şey hazırlamaqdadı. Sonra daha mürəkkəb layihələrə keçin. Bloq, Chat, Qeydiyyat sistemli saytlar və s. Belə-belə təcrübəniz artacaq.
Bloq mürəkkəb gəlirsə daha sadə bir şeylə də başlaya bilərsiniz. Sonra yavaş-yavaş mürəkkəbə keçin.
0
Proqramçıların sosial şəbəkəsi var: https://github.com/
Başqalarının proyektlərinə baxıb düzəliş edə bilərsiniz, ya da öz proyektlərinizi paylaşıb dəstək ala bilərsiniz.
Sual verin
Cavab verin