Salam. Mən kompyuterlə çox maraqlanıram. PHP, C++, HTML, CSS dillərinin bir çoxunu öyrənmişəm. Kompyuter haqqında 90% a yaxın təcrübəm var. Kompyuter yığmaq, proqramlaşdırma, proqramlar üzərində iş və s. kimi kompyuter biliklərinə sahibəm. Mən kompyuter mühəndisliyi oxumaq istərdim amma kimya fənni il
heç aram yoxdur.Riyaziyyatı çox tez anlayıram. Bilirəm deyə bilərsiniz ki, əgər riyaziyyatı tez anlayırsansa, bəs kimya ilə niyə məşğul olmaq istəmirsən? Çünki kimya məni bezdirir. Ona görədə 1.ci qrupa verə bilmirəm. Sualım isə budur:
Mən kompyuter mühəndisliyi oxumasam, gələcəkdə hansısa bir şirkətə pul ödəyərək kurslardan keçib kompyuter mühəndisi kimi bir sertifikat ya da diplom ala bilərəm?
Qeyd: 3.cü qrupa hazırlaşıram.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
3
Bir az tələsikqərar vermə hiss edilir sizdə.
Necə yəni kimya məni bezdirir. Bəyəm kimyanı yaxşı yerindən anlamısınızmı ki sizi bezdirib? Çox güman ki sadəcə sizi kimya ilə yaxından tanış edən olmayıb.
Mən 11ci sinfin ortasına qədər kimyadan sıfır idim, bu səbəbdən də zəhləm gedirdi. 11-ci sinifdə elə bir müəllimə rastlaşdım ki, kimyanı mənə riyazi dildə başa saldı, sadəcə hərflərlə, elementlərlə nişanlanmış riyaziyyat bir sözlə. Nəticədə bir neçə ay hazırlıq ilə qəbulda 100%lik nəticə göstərdim kimyadan. Bütün reaksiyaları, məsələləri dəftərə yazmadan, əmsallaşdırmadan şifahi hesablayırdım cavabı tapırdım, sırf riyazi məsələ kimi.
Yəni riyaziyyatdan yaxşı olub da kimyanı başa düşməmək məncə mümkün deyil. sadəcə yaxşı müəllim lazımdır.
O ayrı məsələ ki, kompüter mühəndisi kimyanı neynir, amma nə etməli, qruplar belə bölünüb, reallıq budur.
Kompüter mühəndisi olmaq istəyirsizsə 3-cü qrupa niyə hazırlaşırısız bəs? İndidən qərar vermisiz ki, 4 il boşuna oxuyacaqsınız? Bəs həyatınızın 4 ilinə heyfiniz gəlmirmi?
Məncə bir daha düşünün. Nə olmaq istəyirsinizsə, içinizdən nə gəlirsə o sahəyə yönəlin.
Qaldı sertifikata, kompüter sahəsində bu elə də problem deyil. Xaricdə iş tapmaq istəsəz hə diplom və sertifikat istəyərlər sizdən. Amma yerli şirkətlərin çoxunda bunu istəmirlər, bilik yetərlidir.
Diplomu əsasən böyük şirkətlər(operatorlar, banklar və.s.), dövlət şirkət və müəssisələri istəyir.
0
Anladım. Bəs ümuçiyyətlə belə şirkətlər var ki, ödənişlə kurs keçsin və sonda sertifikat versin. Məsələn proqramçı sertifikatı. Azərbaycanda ya da xaricdə (Türkiyə, ABŞ, və s.) belə şirkətlər var?
2
Əlbəttə. Məsələn Code Academy. Sonda rəsmi Microsoft sertifikatı imtahanına keçid ilə oranin beynəlxalq sertifikatini alma imkanı verir.
Code.edu.az
0
Bəs bu kurslar profesyonal dərəcəyə qədər təhsil verirlər? Yoxsa orta səviyyədə?
1
Salam
Təəssüf ki, problem çox böyük problemdi. Tək sizi yox, bütün cəmiyyəti əhatə edən bir problemdi. Valideynlər ya kütləyə qoşularaq, ya da fikirləşərək ki universitet bitirsə daha yaxşı olar, şagirdi yönləndirillər universitetə. Nə şagirdin marağı nəzərə alınır nə başqa bir şey.
Siz 11-ci sinifdə yazdığınız texnologiyaları müəyyən qədər öyrənmsizsə, məncə bu 11-ci sinif üçün çox böyük bir şeydi. Siz bunları heç kim məcbur etmədən həvəslə öyrənmisizsə deməli sizin marağınız buradı. Yəni həvəsiniz komputerədirsə, niyə 3-cü qrupa verib humanitar sahələrlə məşğul olasız? 3-cü qrupda da super sahələr çoxdu, ancaq marağı olana.
C++ öyrənmisizsə 1-ci qrupun kimyası nədiki onu öyrənə bilmirsiz? )
Mütləq öz marağınızın arxasınca gedin, fənnlərə görə marağınız olmayan sahəyə yönəlməyin, sonra peşman ola bilərsiz.
Sual verin
Cavab verin