Yeni açdığım Banner və mətn link reklamı saytın AzNet-də necə və harada tanıda bilərəm?

AzNet-də bu tipdə ümumiyyətlə reklam saytı yoxdur. Bu banner və mətn link reklamı xidməti saytına AzNet-in doğurdan da ehtiyacı var, çünki bu reklam növü həm müddətlə seçilir, həm də sayt sahibləri saytlarındakı istənilən ölçüdəki banner yerlərini və ya mətn link reklamını istədikləri müddətə və istədikləri qiymətə anında sata bilərlər. Ödənişlər Webmoney və Payeer ilə həyata keçirilir. Həmçinin referal sistemi vasitsilə də hər dəfə 5% məbləğində pul qazanmaq mümkündür. Sizdən soruşacağım sual isə bu saytı AzNet-də necə tanıda bilərəm. Ucuz və sərfəli olmaq şərtilə.

Təşəkkür edirəm!!!


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(14:21, 05/08/2017 ) #69318

Salam.
Bu işlər təəssüf ki, belə olmur.

1. “AzNet-də bu tipdə ümumiyyətlə reklam saytı yoxdur”
Var. Həm də bir neçə. Hamısı da uğursuz. İndiyə qədər isə 20-dən artıq açılıb bağlanıb belə sayt.
Həm də yoxdursa, niyə yoxdur sualına cavabınız varmı? Hazır skripti qurmaqla belə bir şeydə uğur mümkündürsə niyə heç kim etmir bunu? Heç kimin ağlına gəlmir?

2. “Bu banner və mətn link reklamı xidməti saytına AzNet-in doğurdan da ehtiyacı var”
Bu hökmə necə varmısınız? Necə asanlıqla belə bir fikir səsləndirmək olar. Bazar araşdırması etmisinizmi? Potensial reklamverənlərlə danışmısınızmı?

3. “Sizdən soruşacağım sual isə bu saytı AzNet-də necə tanıda bilərəm”
Ciddi pul ayırmaqla, potensial müştərilərlə öncədən anlaşmaqla.
Baxın, yayimla.az hazır reklam şirkətidir, əlində böyük böyük şirkətlər var reklamverən – amma o da uğur qazana bilmir. adsenseaz açıblar, o da reklam şirkətidir, müştəriləri var, yəni sizin keçmək istədiyiniz mərhələlərin 99%ini keçiblər, əllərində də pul da var, müştəri də var – amma onlarda da alınmır. Niyə alınmır, baxın buna cavab tapmaq lazımdır, sonra bu tip işlərə girmək lazımdır.

4. Bu işləri etmək üçün hüquqi bazanın varmı? Ödənişləri hansı şirkət adından edəcəksiz? Vergi, bank köçürmələri, VÖEN və.s. bunlar həll edilibmi?

Biznes – əsla və əsla hansısa skripti qurub tanıtmaq deyil – biznes insan amilinə bağlı mürəkkəb bir təzahürdür, araşdırma, peşəkarlıq, pul xərcləmək və.s. tələb edir.
Ona görə də əvvəldə də yazdım – bu işlər belə olmur. Daha ciddi öyrənmək, daha ciddi yanaşmaq lazımdır. Skript qurmaq , sayt açmaq isə – çox asan və önəmsiz məsələlərdir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:07, 05/08/2017 ) #69319

Ətraflı cavab üçün təşəkkür edirəm. Çox şey öyrəndim 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:11, 05/08/2017 ) #69320

Ümumiyyətlə Azərbaycanda heç nə alınmır. “Niyə alınmır?”ı isə elə bilirəm ki, hamı bilir. Nə isə bu da belə…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:49, 05/08/2017 ) #69322

    İnanın xarici ölkədə olsaydınız sırf bu iş daha çətin olardı. Yəni bizdə problemlər çoxdur, məlum məsələdir, bazar da kiçikdir, kasıbdır, istifadəçi təcrübəsi aşağıdır və.s.
    Amma yenə də, buna rəğmən imkanlar var, və böyük boşluqlar var.
    Xaricdə isə şərait var, istifadəçi var, amma yırtıcı və vəhşi rəqabət var, həm də sərt qanunvericilik, dəhşətli yüksək vergilər var – bir sözlə hərəsinin öz üstünlüyü və mənfiləri var.
    İlk başlayan, öyrənən üçün Azərbaycan daha yaxşı yerdir deyərdim, bazar bomboş – buyurun insanların ehtiyacını ödəyən bir xidmət yaradın – olsun tutmuş biznes.
    Ciddi biznes üçün isə bəli, bizim bazar yaramır, xarici bazara çıxmaq lazım.
    Rahatlıqla görürük ki, Azərbaycan internet bazarında ciddi biznes layihə yoxdur – bacarıqlı adamlar var, sadəcə bazar çox ciddi səviyyəyə çıxmağa imkan vermir. Nisbi uğur qazananlar da ya trafikdən banner reklamla pul qazanır (xəbər saytları), ya da elan platformalarında VİP elanlarla. Hə bir də hesab.az və bu kimi 1-2 layihə də var ki, normal biznes model ilə ortabab gəlir əldə edirlər.
    10 milyonluq ölkə üçün saydıqlarım çox çox kiçik bizneslərdir. Amma olanımız budur

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (01:20, 06/08/2017 ) #69326

      Məllim bəs disput.az barədə nə deyə bilərsən? Ona oxşar lahiyə tutarmı?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:36, 06/08/2017 ) #69339

      Qətiyyən tutmaz. Köhnə forum formatı artıq ölüdür, geri dönüşsüz. Disput.az kimi istisnalar isə sırf diri dövrdə toplanmış sadiq auditoriyanın hesabına yaşayır və kiçik də olsa yeni üzvlər yığılır

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:18, 06/08/2017 ) #69327

Sizinlə tamamilə razıyam Hacı bəy. Çox düzgün və təfərrüatları dəqiq izah etdiniz. Bir şeyi də əlavə etmək olardı ki, AZNet-də hansısa bir xarici online make money layihələrinə referal dəvət edəndə bütün şərhlər “Qaqas bes pulu nece çıxaracayam” olur. 🙂
Bu şərhləri görəndən sonra fikirləşirsən ki, hələ mən öz layihəmi Az. dilində yaratmaq istəyirdim, təəssüflənirsən…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (10 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024