Salam, Kapital Bank adsense ödənişini ödmək üçün Vöen isteyir Vöen açdirsam pulu verecekler yoxsa pul geri qayidib Vergi tutulacaqmi? xahiş edirəm məlumat vererdiz
Salam, Kapital Bank adsense ödənişini ödmək üçün Vöen isteyir Vöen açdirsam pulu verecekler yoxsa pul geri qayidib Vergi tutulacaqmi? xahiş edirəm məlumat vererdiz
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
3
Azərbaycan Respublikası ərazisində gəlir əldə edən hər bir şəxs vergi ödəməlidir. Eləcə də xaricdən gələn pul olanda.
Bəzi banklar illərdir VÖEN istəmirdi, amma bu o demək deyil ki, o düz idi, indi VÖEN istəməkləri səhvdir. Xeyr, tam əksinə. Yəni indi “hansı bank hələ ki, istəmir” – deyib yeni bank axtarmaq da faydasızdır, çünki gec-tez hamısı istəyəcək.
Yəni ki, əgər gəliriniz daimidirsə, gedin VÖEN açdırın, sahibkar kimi gəliri əldə edin, vergi hesabatını və vergini verin (4% vergi verəcəksiz, bank tutmayacaq, sonra özünüz gedib ödəməlisiz 3 ayda bir).
Ümumiyyətlə isə bu işlər çox da asan deyil, mühasib və ya hüquqşunasla məsləhətləşə də bilərsiniz – birdəfəlik isə bunu anlamaq lazımdır: VÖEN tələb etmələri düzgündür, qanuna uyğundur, bütün dünyada belədir, hətta xaricdə əksini düşünmək belə absurd sayılır.
0
Anladim cavabiniz üçün təşəkkür edirəm..Adsense Ödənişi üçün Kapital Bank yaxsidir yoxsa Unibank??
Ödəniş üçün Kapital Bank Vöendən əlavə müqavilə istəyir pulu gönderen şirketden bu hansi müqavilədir?
Bank Pulu qebul etmeyib pul geri qayidar?? ne etmeliyem xahis edirem kömək edin
2
Müqavilə filan bürokratik şeylərdir, heç də bütün banklar istəmir. Məsləhət görərdim AccessBank-a müraciət edin onlara məsələni izah edin. Görün nə deyəcəklər. Çünki adətən onlarda asan olur bu tip proseslər.
Məsələni başa düşən işçiləri olanda sonra müqavilə istəsələr belə onu adsense accountun içində hər hansı anlaşmanı, profil səhifəsini filan print etməklə həll etmək olar.
0
Əgər gəlirimiz daimi deyilsə?
0
Anladim.. Bilmək istəyirəm indi bank pulu qəbul etməyibsə pul geri qayidacaqmi qayidacaqsa bu uzun çəkər?
2
yox qısa çəkir.
bu arada, bu gün eşitidm ki, bütün banklar artıq VÖEN tələb etməyə başlayıb bu aydan
0
salam demir banka muraciyet etdim mende debit kartdi deyir lazim deyil axi
Sual verin
Cavab verin