Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Subdomen yoxsa əsas domen?

Salam. Mən uzun müddətdir (2 ildən çox) vordpresdə qurulmuş veb sayt işlədirəm. Saytın həcmi böyükdür, verilənlər bazası 1 GB yaxınlaşıb (test saytım var). Virtual server işlədirəm (4 CORE CPU, 4 ГБ RAM, 100 ГБ SSD).

Sualım belədir: saytda yeni test bölməsi qurmaq istəyirəm. İndi bilmirəm ki, yeni bölməni subdomendə qurum yoxsa əsas domendə? Sizcə subdomendə qursam daha əlverişlidir yoxsa fərq etmir?
İstəyirəm ki sayt çox yüklənməsin çünki pik vaxtlarda (imtahanlar qabağı) sayt ağır çalışır, donmalar olur (pik vaxtlarda gündəlik 100 min və üstü səhfə baxışı olur. Normal vaxtlarda 15 – 20 min)


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(16:51, 14/10/2017 ) #69788

bəlli bir mərhələdən sonra gərək mütəxəssis köməyi də ola. (əgər özünüz bu sahədə mütəxəssis deyilsizsə) 1GB veriləblər bazarı qəribədir bu ölçü üçün. Çox yəqin ki nəsə yanlış qurulub. 1GB DB üçün gərək milyonlarla sual-cavab ola bazanızda. Elədirmi sizdə?
Subdomen fərq etmir, eyni bazada olacaqsa.
Ümumiyyətlə təsvir etdiyiniz qədərilə olan məlumatlarla nəticə çıxarmaq çətindir. Fərdi yanaşma tələb edən şeydir bu məsələ

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:53, 14/10/2017 ) #69789

    25 şərh var saytda, minlərlə sual var.
    Bu sahədə mütəxəssis deyiləm. Sadə işləri bilirəm
    WP-Optimize verdiyi məluta: Total size of database: 1,02 GB
    Sayt: http://tehsilim.info/

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:05, 14/10/2017 ) #69790

      belə deyək də, eyni serverdə edəcəksizsə yeni işləri, yük yenə eyni mysql serverə düşəcək, yəni yeni nəsə açmağın anlamı yoxdur.
      əlac budur ki, mysql tuning oluna. o da ki çox da sadə iş deyil təəssüf ki.

      – mysql-ə ümumi ram-dan daha çox yeməsi imkanı verilə bilər – indeksasiya işləri ciddi yoxlana bilər (wordpress-in öz table-larında problem olmur, amma pluginlərin yaratdığı table-lar yoxlanılmalıdır)
      -artıq data silinə bilər (məsələn revision-lar varsa, çox güman ki data-nın az qala yarısını onlar təşkil edir, onları silmək gərək)
      – my.conf faylı sizin DB ölçülərinə uyğun yenidən şəkilləndirilə bilər. (əsas vacib hissə budur – my.conf faylındakı parametrlər saytın cari həcminə və yüklənməsinə uyğun olmalıdır)
      və.s.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:13, 14/10/2017 ) #69791

Çox sağolun, biraz məlumatım oldu.
Bir müddədtdən sonra sizin kimi mütəxəssisə müraciət etməyi düşünürəm. Bu işləri görmək üçün təbbi ki mütəxəssisə müəyyən qədər ödəniş etməliyəm, sizin bu işlərlə məşqul olduğunuzu güman etdiyim üçün sual edirəm: bu işləri neçə manata edirlər?!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:22, 14/10/2017 ) #69792

    Mən sifarişlə bu tip işlər görmürəm deyə qiymət barədə nəsə deyə bilmərəm düzü. Fərdi məsələdir. Vaxtdan çox təcrübə tələb edir. Yəni belə deyim də, bilən adam bütün bu dediklərimi 2-3 saata tam edib bitirə bilər. Qiymət də fərdi məsələdir dediyim kimi, 100 də deyə bilər, 200 də, 300 də, havayı da.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:29, 14/10/2017 ) #69793

Çox sağolun, biraz məlumatım oldu.
Bir müddədtdən sonra sizin kimi mütəxəssisə müraciət etməyi düşünürəm. Bu işləri görmək üçün təbbi ki mütəxəssisə müəyyən qədər ödəniş etməliyəm, sizin bu işlərlə məşqul olduğunuzu güman etdiyim üçün sual edirəm: bu işləri neçə manata edirlər?!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Babazade cavab verdi - hecbek model il 2016 rəngi qırmızı 1.6 motor maşın (1 saat əvvəl)

Babazade cavab verdi - Youtubda Sizin üçün Tövsiyə olunur necə edirlər? (1 saat əvvəl)

Maqa cavab verdi - Gömrükdən satmaq üçün gətirilən telefonu keçirmək (7 saat əvvəl)

Maqa cavab verdi - hecbek model il 2016 rəngi qırmızı 1.6 motor maşın (7 saat əvvəl)

Maqa cavab verdi - Youtubda Sizin üçün Tövsiyə olunur necə edirlər? (7 saat əvvəl)

Şükür Hüseynov cavab verdi - Komputerim oz ozune sonur (1 gün əvvəl)

camo052 cavab verdi - Kompüterin orginal İP-sini necə geri qaytarım ? (1 gün əvvəl)

Logist cavab verdi - Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (2 gün əvvəl)

niko_seymuroglu cavab verdi - domen elavə etmək (2 gün əvvəl)

niftaliyev cavab verdi - Komputerim oz ozune sonur (2 gün əvvəl)

oguztml cavab verdi - Oyun kataloqu (3 gün əvvəl)

E. Hacı cavab verdi - Kompüterin orginal İP-sini necə geri qaytarım ? (3 gün əvvəl)

niftaliyev cavab verdi - Plagiat proqramının iş prinsipi necədir (3 gün əvvəl)

niftaliyev cavab verdi - Wordpress Azerbaijan herifleri ile link problemi (3 gün əvvəl)

niftaliyev cavab verdi - Wordpress.com-da qurduğum bloqu Wordpress.org-a daşımaq istəyirəm. (3 gün əvvəl)

E. Hacı - 574 xal

Software Developer - 571 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 217 xal

Sistemə daxil olmuş 19498 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2018