Salam. Screendəki kömpüterimin göstəriciləridi. Sizcə bunun ümumi bütün gücünü artırmaq neçəyə başa gələr?Misalçü 4GB ramdı 8GB edim və s. komputer niyəsə donur + istədiyim proqramları yaza bilmirəm. Nə məsləhət görürsüz bunu gücləndirim yoxsa elə təzə komputer alım? Core i3-dür. Ümumi qiymətlər necə olur (nəyi dəyişməyi məsləhət biləcəksinizsə onların) xahiş edirəm ətraflı cavablandırın.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
0
en birinci HDD deyisin cixardin yaxshi SSD qoyun
ola bilsin ki HDD-nin pis sectorlari var ona gore donur.
onda ferqi hiss edesiniz.
sizin notbook sehv etmiremse maximum 16gb kim ram destekleyir
0
Gücünü artıracaqsansa ilk HDD ni SSD elə. Daha sonra minimum ddr3 ram alıb 8 gbya artıra bilərsən.
Donma faktoruna təkcə bunlar təsir etmir prosessor və videokartada təsir edir. ümümi prosessorun çox zəifdi. Core i3 ü i7 eləmək üçün platanı dəyişməlisən notebookda. Həmçinin videokartanıda.
Mənim məsləhətim xarictən təp təzə notebook al. Camex.az lada gətizdir. Razer vs kimi. Burdan alanda baha başa gəlir.
0
Standart maksimun budur : SSD , 16 GM RAM , i7
0
SSD,RAM,CPU yeniləyə bilərsiz. Sizdəki prablem yəqinki cpu və hdd ilə əlaqəlidi. CPUnun termopastası yenilənməlidi
0
Screen – dəki göstəricilər zəif deyil. Sizin notebook – un CPU , RAM -ı normaldır , zəif deyil. SSD isə bahadır. Gücləndirmək məsləhət deyil, çünki sizin CPU ve RAM dan güclü i5 ve ya i7 CPU alsanız , RAM 8GB ve ya 16 GB alsanız , 200-300 AZN edəcək. Üstəlik SSD qiymətləri 90 AZN dən başlayır. Yaxşı olarki bu halda notebooku 350-400 AZN e satıb + 300 AZN elave edib yeni 7ci nesil i5 ve ya i7 prosessorlar ilə işləyən notebook alasınız.
Sual verin
Cavab verin