Salam. Mən mahni axtariram, ifaci və soleri dəqiq yadimda deyil. Atv- de klip idi, mikrofonu tutub bir qiz oxuyurdu. Klipin axirinda qiz skripka ilə 4 oglanla gedir. Sozler texmini belə idi: ən gozel negmemde kederle bitir, mən sene yazmiram mahnilarimi. Qiz ozu rus mugenni Zemfiraya və bizimki Zulfiyye Xanbabayevya oxshayirdi. Komey eleyin, necə ildi axtariram.







Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
Bəli, belə bir mahnı var idi.
Dərd üstə köklənib yazdığım sətir,
Qurumuş güllərdə qalırmı ətir,
Ən gözəl nəğməm də kədərlə bitir,
Mən sənə yazmıram mahnılarımı.
İfaçı yadımda deyil.
0
sözlərini youtube-da yazın çıxacaq vəya
Shazam tətbiqini yükləyin
0
SƏN MƏNƏ YAZMA GƏL MAHNILARINI
“Mən sənə yazmıram mahnılarımı”
Xalidə Türkay.
Gördüyün yuxular yozulmayıbsa,
Vüsal alnımıza yazılmayıbsa,
“Qara gün” bəxtimdən pozulmayıbsa,
Sən mənə yazma gəl, mahnılarını.
Sən uca dağlarda zirvəsən, dinlə,
Enişdə durmuşam mən, həsrətinlə.
Söyləmə:-“gözlərəm yolunu illə”,
Sən mənə yazma gəl, mahnılarını.
Köhnə dəyirmandı bu qoca dünya,
Saldı ikimizi bir borca, dünya.
Bizi qarğıyıbdı, yaxşıca, dünya,
Sən mənə yazma gəl, mahnılarını.
Bu gidi dünyanın torlu işləri,
Bizi sehirləyən sirli işləri,
Açdı başımıza dürlü işləri,
Sən mənə yazma gəl, mahnılarını.
Neçə buz yolları keçdik səninlə,
Cüt ömrə arzular seçdik səninlə.
Heçliyə çevrildik, heçdik səninlə?
Sən mənə yazma gəl, mahnılarını.
Bu sınıq könlümün səndin məlhəmi,
Tapa bilməsəm də səntək məhrəmi,
Çalış unutmağa eşqimi, məni,
Sən mənə yazma gəl, mahnılarını.
Daha mənə yazma, mahnılarını.
Sual verin
Cavab verin