Skrill,Paypal ödəniş və təhlükəsizlik

Salam,hörmətli qrup üzvləri.
Forumda kifayət qədər bu suallara cavab var.Amma onların tarixləri köhnədir.
Suallarım bunlardır:
1)Skrill hesabımda 5-10 min euro pul olsa bunu rahatlıqla Bakıdakı bank hesabıma köçürə bilərəmmi?Köçürə bilsəm nə qədər faiz çıxacaq?Köçürə bilməsəm,necə pulu çıxarda bilərəm?
2)Paypal Azərbaycanı dəstəkləmir.Amma mən USA olaraq qeydiyyatdan keçib 5-10 min euro yükləsəm,o pulukart hesabıma yükləyə bilərəm?
Suallarıma cavab verən hər kəsə minntdaram..
Hörmətlə,kənən(old school – c0der)


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(12:31, 16/11/2017 ) #70187

1. Bəli, bilərsiz. Sadəcə məbləğ iri olduğundan yəqin ki sizdən VÖEN hesaba keçirməyi tələb edəcək banklar. Tələb etməyən banklar isə azı 10% vergi tutacaq.
Köçürə bilməsəz, xaricə gedəndə orada bank hesabı açıb orada çıxara bilərsiz yəqin ki. Təbii ki, bu zaman həmin xarici ölkə də öz qanunlarına görə sizdən nəsə sənəd istəyə bilər.
VÖEN hesab açıb oraya köçürmək ən rahat yoludur, pulu faizsiz alırsız, rüb tamam olanda da 4% vergi və hesabat verirsiniz, hər şey də təmiz və qanuni olur.
2. Xeyr. Elə sadə olsaydı elə hamı elə edərdi. Paypal-da bu işlər çox sərtdir, ABŞ-da yaşayış qeydiyyatını isbat edən sənədiniz olmasa, blok edəcəklər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:20, 16/11/2017 ) #70188

    Təşəkkürlər,tam dolğun məlumat verdiyinizə görə.Bağışlayın,bir sual daha verim.VÖEN açarkən nə üçün açdığımı deməliyəm Vergilər Departamentində?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:23, 16/11/2017 ) #70189

      Yox. Sahibkarlıq üçün açır hamı. Sadəcə kateqoriya secirsiz ki hansı sahə üzrə məşğul olacaqsız. Online qeydiyyat da var e-taxes.gov.az, fiziki şəxs. Ehtiyac da yoxdur kimləsə üzbəüz oturmağa. Online keçirsiz, hazır olanda gedib vəsiqəni filan alırsız

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:55, 16/11/2017 ) #70191

Çox sağolun,cavab verdiyinizə və vaxt ayırdığınıza görə.VÖENi aldıqdan sonra Visa və ya Master olaraq hansı bankı məsləhət görərdiniz.Zəhmət deyilsə,cavablandırardınız

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:50, 18/11/2017 ) #70204

    VÖEN hesabın Visa və ya Master Cardı olmur, sadəcə cari hesab kimi olur. Düzdür, açdırmaq olur bir çox bankda elə bir kart, amma o problemli məsələdir bir az. VÖEN hesabda tək sağlam yol banka gedib qol çəkib götürməkdir pulu. VÖEN artıq ciddi iş, sahibkarlıq leveli deməkdir, yəni orada artıq kartıma gəlsin, ordan çıxarım bir az praktik deyil, orada siz sahibkar olaraq gedib bankdan özünüz çıxarmalısınız (və ya bankdan çek kitabı alıb çek imzalayıb kiməsə verməlisiz ki get mənimçün bankdan çekdə yazılan məbləği çıxar)
    Sahibkarlıq üçün yaxşı banklar, Beynəlxalq, Access Bank , Bank of Baku deyə bilərəm məsələn.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:04, 18/11/2017 ) #70203

1) bəli 10 faiz vergi verərək çıxarda bilərsən.
2) səni 100% əmin edə bilərəmki o hesabın banlanacaq və limited olacaq açmaq üçün SSN İD zad istiyəcəklərki pulun batacaq. (başıma gəlib)

məsləhətim payoneerlə işlə pulu ora göndər və masterkartıyla pulu bakıda ATMdə çıxart vergi zad çıxmayacaq.
Yada olursa pulu Yandex moneyə göndər yenə onun mastekartıyla bakıda ATMdən çıxart. ama ilk öncə bakıdakı ofisinə gedib hesabını təstiqləməlisən.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (19 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (3 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (16 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024