Virtual POS almaq üçün nə etməliyəm?

Deməli Amerika və Kanada üçün Dropshipping E-ticarət Ecommerce saytı açmaq istəyirəm. Ancaq Paypal Azərbaycanda işləmədiyi üçün 2checkout, Yandex Kassa, Paymentwall başda olmaqla həmçinin Yerli Azəricard, Millikart, Goldenpay, Paşabank və s. də POS-u şirkət yada Sahibkarlara verir. Xahiş edirəm kömək edəsiniz. Mən bunları necə həll etməliyəm? Mənə hələ saytı açmamışam. bilirsiz virtual pos eticarət saytınız olmazsa olmazıdı. Mənə hələ bilmirəm pul qazana biləcəm ya yox. Qazanmadığım pul üçün vergi vermək şirkət açmaq istəmirəm. İndi bu posu almaq üçün Sahibkar olmaq lazımdı yoxsa MMC? və bunu etmək nə etməliyəm? çox xahiş edirəm bu mövzularda birazçık belə anlayışınız varsa nədəsə köməklik göstərəsiniz.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(22:49, 19/11/2017 ) #70217

Təəssüf ki yerli POS-lar xarici ödəmələr üçün çox problemlidir. Əksərində ümumiyyətlə xarici kartlarla ödəmə blokdadır, işləmir. Müraciət edib açdırmaq olur, amma yenə də tez-tez bloka düşməklər olur.
Pashabank-da deyəsən nisbətən yaxşıdır, yenə də müraciət edib özlərindən soruşa bilərsiz öncədən. Ki xarici ödəmələrlə bağlı vəziyyət necədir.

Qanuni tərəfinə gəldikdə isə fiziki şəxs kimi VÖEN açmaq bəs edir, MMC-yə gərək yoxdur əgər tək özünüzün fəaliyyətidirsə bu iş.

Yandex də problemlidir bir az, son ödəmə səhifəsində rubl filan göstərir, bu isə ödəyənləri çəkindirə bilər.

2checkout yarayar sizin işə. Odur ki, elə onu seçin, onu qurun, işlədin, işləsə və gəlir gəlməyə başlasa sonra sahibkarlığın qanuni tərəfini həll edərsiz, alınmasa da heç nə itirməyəcəksiz.
2checkout-dan başqa da yarayanlar var, sadəcə onunla işləsəz ok-dur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:47, 19/11/2017 ) #70218

    məllim + vermək əvəzinə səhvən -1 getdi dəyişə bilmədim üzrlü say sən allah. yazdıkı artıq səs vermisiniz.
    yandexdə $ la ödəmək olur deyəsən https://i.imgur.com/viJ7L6I.png ancaq oda individual entrepreneur(fərdi sahibkarlıq) istəyir yada şirkət. birdən paşa xarici ödəmələri açmasa, azəricard Goldenpay millikartla təkcə VÖEN açmaqla həll etmək olarmı virtual POS-u?

    Birdə sahibkar olmaq üçün nə qədər xərcim çıxacaq bu haqda məlumatın varmı məllim? yəni bahalı birşeydimi? sənəd sünəd işləri?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (01:28, 20/11/2017 ) #70226

      Yandexdə istənilən valyuta ilə ödəmək olur, sadəcə ekranda rubl yazır ödəmə səhnəsində. Rusiya qanunvericiliyinə görə. Bəlkə də son aylarda dəyişib, bilmirəm, amma bir neçə ay əvvələdək elə idi.

      Pashabank açmasa deyəndə ki, açır. Azericard da elə. Goldenpay və Millikart da açır. Belə deyim də, bu prosessinq mərkəzindən çox bankdan asılıdır. Prosessinq mərkəzinə default olaraq açmır, amma müraciət edib açdırmaq olur. Amma sizin VÖEN hesabın olduğu bank buna icazə verməlidir. Məsələn dəqiq bildiyim Unibank var ki, çox problemlidir bu məsələ orada, açmaq istəmirlər, israr edəndən sonra açsalar da, yenə də əslində normal qəbul etmək olmur, hər 5 ödənişdən 4-ü bloka düşür.
      Odur ki, bankda VÖEN hesab açarkən bank ilə şərti şumda kəssəniz, sonrası asan olar. İstənilən prosessinq şirkəti ilə, Azericard, Pasha və ya başqası fərq etməz.

      VÖEN fiziki şəxs açmaq üçün rüsumlar azdır, hamsı bir yerdə heç 50 manat etməz. Vergilərdə ümumiyyətlə xərc çıxmır səhv etmirəmsə (yadımda deyil mən açanda xərcim sıfır olmuşdu, yoxsa 5-10 manat.) Sonra cüzi xərc bank hesabı açanda olur, vəssalam.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      Salam. Sual suala qarışmadan hüquqi və mühasibatlıq tərəflərini bir kənarda tutun.

      Siz ən yaxşısı bir konsaltinq şirkətinə üz tutun, həm vaxtınıza, həm də pulunuza qənaət edin: Bakinar Consulting

      Suallarınızı verin, isti-isti cavablandırsınlar. Sonradan sizin vergi hesabatlarınızı və başqa problemlərinizi kiçik ödəniş qarşılığında həll etsinlər.

      Ünvan: Ə. Rəcəbli küç, 1/6 (Tech Plaza, 4-cü mərtəbə, 409)
      Mob.: +994(50) 205-10-28; +994(70) 205-10-28
      Tel.: +994(12) 404-15-79
      Email: info [at] bakinar.com

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (1 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (2 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (3 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (5 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (8 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (10 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (10 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (10 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (12 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (12 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Mehemmed002 cavab verdi - Xaricdən alınan məhsul gömrük bəyannamə (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23228 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024