Azercell API Ödəniş sistemi

Salam. Azercellin ödəniş API`ni necə əldə edə bilərəm ? Partner saytlarını chixmaq sherti ile. Bir basha mene gelsin odenish ve nağdlaşdırma icazəsi. məsələn saytda hesabına pul əlavə et bölməsi var , ora daxil edib azercell kontur şifrəsini yazırıq OK edəndə isə APİ vasitəsilə azercellin bazasına sorğu gedir true olsa hesaba pul köçür ödəniş isə mənim nömrəmə gəlir.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

EmilSavalan (2017-12-15 22:36:00)
Edə bilərsiniz, amma əvvəllər bundan çox istifadə olunurdu, həm adi ödənişlər üçün, həmdə iterasiya vasitəsi ilə balans artırmaq üçün, elə olurdur ki, sayt çökürdü, ondan sonra bir nömrəyə gündəlik 3 səhv etmə limiti qoyulub. Yəni bunu reallaşdırmaq müəyyən qədər çətindir, bir neçə buna kifayət etməz, çünki səhv edənlər çox olacaq

E. Hacı (2017-12-13 11:46:04)
Partner şirkət açıb Azercell ilə müqavilə bağlaya bilərsiniz əlbəttə. Amma şərtlər sizi qane edəcəkmi orası bəlli deyil. Yəni ilkin olaraq sizdən hansı ödənişi istəyəcəklər, minimum aylıq dövriyyə öhdəliyi qoyacaqlarmı və.s. Çünki heç bir öhdəlik qoymasalar onda ayda 5-10 manat qazanan hamı gedər Azercell-in üstünə ki mənlə də bağla müqaviəni. Bu isə B2B modelə uyğun gəlmir, qarşı tərəfin marağındadır ki, ancaq ciddi, böyük dövriyyəlilər ilə işləsin.

Həsən (2017-12-12 13:17:35)
Partner şirkəti kimi müqavilə bağlamaq olmaz Azercell ilə ? hər iki halda yenə xeyir götürür Azercell

E. Hacı (2017-12-12 12:09:26)
Azercell bunu yalnız partnerlərlə edir, yəni B2C işləmir, B2B işləyir.