Youtube kanallarının səbəbsiz yerə bağlanması.

Salam. Son zamanlar youtube hesabları spamdan askıya alınır. 20 dən çox kanalım bu yolla bağlanıb. Bunların içində 56 min abunəsi olan kanal da var idi. Bu bağlanmaların əsas səbəbini bilən varmı? Əsasən deyirlər ki nəsə səf edirsən ki bağlanır. Halbu ki tamami ilə özüm çəkdiyim videolardan olan kanalım da bağlanıb. Və içində heç bir video olmayan kanalım da bağlanıb. Elə kanal da olub ki formu doldurub etiraz edəndən sonra açıblar. Amma bu açılma da şansa açılır. Bu kanalların açılması yolu var,amma bilmirəm necə.Çünki bir çox kanal var ki qısa zamanda açdırıb.Amma yolunu demirlər. Ən əsas 22000 və 56000 abunəsi olan kanallarımı açdıran olsa hörmətini də edərəm. Bu bağlanmaların əsas səbəbini və formu doldurmaqdan başqa açılma yolunu bilən varmı?


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

(18:25, 23/12/2017 ) #70497

salam aleykum Adsense açıqdı? birdeki bağlanan kanallar eyni adsenseyə bağlı idi ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:36, 23/12/2017 ) #70498

    Hə adsensə qoşulu olan kanallar bağlanır. Bir adsensə icazə verildiyi üçün elə bir adsensə qoşulu idi kanallar.Bu arada 2010 dan youtube işlədirəm. Son zamanlarda bu olub

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:44, 23/12/2017 ) #70499

50k abunəyə pis oldum((( ünleme düşüb adsensen yeqin ki.onsuz budeqiqe zibilini çıxarıb youtube adsense.100min baxışı keçən kanalım var hələdə incələmədədi təsdiqləmirlər.deməli keçən il məndədə belə olmuşdu onda 10min incəlməsi yox idi.Nə kanal bağlıyırdım adsenseyə sizdəki kimi bağlanrdı.əsgərlikdən gəldim bu yay təzə adsense açdəm təzə kanallar daha diqqətli işləyirəm hələki 3 kanalım var 2 yerli 1 xarici. 2 yerli pul qazama aktivdi.Bu xaricini təsdiqləmirlər pul qaaznmağını.Hamıda Belədi Türklərdə də çox adamda bu vəziyyətdədir.Sizə məsləhət format at kompa təzə adsense aç təzə kanallar yada format eləmirsənsə browseri təmizlə tarixçəsini.Yanvarda təzə yeniliklər gələcək böyük ehtimal.Kanalların təsdiqlənməsi barədə

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:58, 23/12/2017 ) #70500

    Tək səbəb bu deyil-Çünki başqalarına da kanal açmışdım. Onlar da bağlanıb. Hətta ayrı ayrı şəhərlərdə olmağımıza baxmayaraq eyni saat eyni saniyədə 19:20 də bağlanıblar. Günlük gəliri çox olanlar daha tez nəzərə çarpır. 56minlik kanalın elə günlük baxışı 200000-400000 idi. Bəziləri açdırırlar. Yəqin ki bunun yolunu bilən də var. Bu arada pula qoşulmanın incələnməsini də başqa yol ilə aktiv edirlər. Türk formunda oxudum. Adsens açdığın maillə Admob açanda avtomatik pul qazanma açılır deyirlər. Və əksəri də yazdı ki alındı. Dediyin bu ünləmdən çıxarmağın başqa yolu yoxdu,? çünki dekabr ayının 15 nə qədər adsensdə 600$ pul var. Kanal ask;da qaldığı müddətdə pulu vermirlər.Nə zaman açırlarsa onda pulu verirlər.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:10, 23/12/2017 ) #70501

      Ytparanı hər gün izleyirem o incələməni keçə bilən yoxdu.Mənim 2 kanalımda açıqdı 1 kanalı təsdiqləmiyiblər, eyni adsenseyə bağlıdı.Yoxluyaram admobu.Videolar özünüzündüsə etiraz edin bəlkə alındı.Başqa heç bir fikrim yoxdu çünki mən spam işləmişəm həmişə bağlananda heçnə eləməmişəm)

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:18, 23/12/2017 ) #70502

İnşəallah çarəsini tapıb, bilən yazar. Bəs bir sual da verim. Məlum məsələdir ki hər adama bir adsens icazə verilir. İkinci adsensin açıldığını bilsələr blok olursan və əsla birdə adsens açmağa icazə verilmir. Ona görə də risk eləməmişəm. Bəs ikinci adsens necə açıbsız?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:28, 23/12/2017 ) #70503

    indiye kimi 4 adsens açmışam 2 sində eyni adres müxtəlif adlar.2 sində də müxtəlif ad müxtəlif adress qeyd etmişəm.İndi istfadə etdiyim adsense adım 2015 də bağlananla eyni addadı.Amma adresimi dəyişmişəm.Ona görə narahat olma internet klubda aç adsenseni.Kanala bağlıyanda da brovserdə private pəncərə aç ip adressi dəyiş bağla.Adsenseyə giriş edəndə də Private Pəncərədə gir

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:44, 23/12/2017 ) #70504

      Yoxlayacam qardaş. Amma Private Pəncərədə başa düşmədim. Birdə İP zenmate ilə dəyişirsənmi?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:54, 23/12/2017 ) #70505

Operada private pencerede ozunde yuxarida solda vpn yazib onun uzerine tikla bir olkeni sec ip adresin deyissin.zenmatede alinmirdi mende .operanin private penceresinde var ozunde .zenmateye ehtiyac yoxdu orda

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:01, 23/12/2017 ) #70506

    Tesekkur melumat ucun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:06, 23/12/2017 ) #70507

      dəyməz,ümid edirəm o kanalları qaytararsınız

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:06, 23/12/2017 ) #70508

Salam, axır vaxtlar böyük reklam verənlər bəzi videolarda reklamlarının görünməsinə etiraz etdiyinə görə, Youtube qaydaları sərtləşdirib və daha da sərtləşdiricək kimi görünür. Siz videonun tamamını özünüz çəksəz belə, qıraqdan videoya düşən bir musiqi dahi videonun silinməsinə və telif haqqı gəlməsinə səbəb ola bilir.
Youtubeun çox inkişaf etmiş algoritmi var və spam kimi gördüyü videoları silə yaxud kanalı avtomatik olaraq bağlaya bilir. Həmçinin bu işlə məşğul olan komandaları da var.
Kananlınızın bağlamanmasının bir çox səbəbi ola bilər amma fərqli şəxslərin işlətdiyi eyni tipli kanallar eyni vaxtda bağlanıbsa böyük bir ehtimal algoritmə tutulublar.
Əgər kanalınız həqiqən də səbəsiz yerə bağlanıbsa, kanalı açdırmağın yolu isə etiraz etmək və kanalınızın haqsız yerə bağlanğına onları inandırmaqdır. Xaricdə belə işlər ilə məşğul olan şirkətlər də var.
Son olaraq ip dəyişdirmək yaxud broserin gizli pəncərəsindən daxil olmaq ilə Youtube u aldatmaq olmur. Nümunə olaraq gmail hesanınızda eyni ipdən olsa belə, fərqli cihaz ilə daxil olduqda, “Google Hesabınızda az önce yeni bir cihazdan oturum açıldı. Bu e-posta, oturumu açan kişinin siz olduğunuzdan emin olmak için gönderilmiştir.” böyük bir ehtimal Google tərəfindən belə bir mail göndəriləcək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:21, 23/12/2017 ) #70510

    Youtubun bir alqoritminin oldu]unu başa düşdüm. Bəs bağlanan kanallar içində heç bir video olmayan kanalım da bağlanıb,yəni boş kanal. Və müxtəlif şəkillərlə slaydlar hazırlanmış və bağlandıqdan sonra etiraz nəticəsində açılan kanalım da açılıb.Əgər qüsrlu idisə kanal, nə üçün yenidən açıldı?Bu qarışıqlıq bir az məni çaşdırır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (02:23, 24/12/2017 ) #70513

      bir adsenseyə bağlı kanal spamdan bağlanırsa o biri kanallarada 90 faiz təsir edir tarap bağlıyır hamısını.Unlem deyilen şey var adsense ki unleme düşdü vse boş kanal bağlasan belə bağlanır kanal.mənim bir adsensem düşmüşdü ünleme demeli 1 il istifadə etmədim o adsensi sonra mırta kanal açdım bağladım həmin adsenseye 3 günə bağlandı kanal.Pinidə girilmişdi içindədə 75 dollar var idi.sildim getdi.kanalın açılmasa. adsensen salamatdısa gələn ayı gözlə ödəməni götür sonra kompu təmizlə yaxşıca yeni adsense yeni kanallar başla.baxaq hələ bu incləmədə olanların axırı nə olur.bidəki bu admobu harda oxumusdun ? link vere bilersen

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:49, 24/12/2017 ) #70521

Kanal askıdan çıxmasa, ödəmə vermirlər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:26, 26/02/2018 ) #71241

Salam,
Mənimdə kanalımı incələməyə alıblar. 3K abunə milyondan çox izləməsi var.
3 aydı artıq incələmə gedir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (53 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (57 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (67 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024