Salam, mən birinci dəfədiki domain alıram.Hostgator da endirim varıydı deyə ordan alım dedim, qeydiyyat elədim 5.99 dollara domaini aldım, daha doğrusu almağa çalışdım.Albalı mastercart dan istifadə elədim.Alannan sora unibankın verdiyi proqrama girib kartdakı puluma baxdım, 12 manatdan çox pul çıxılıb, halbuki bankın öz valyuta konvertorunda 6 dollar 10,2 manat pula bərabərdi, bu cəhənnəm.
Girdim hostagorda hesabıma, orda domaini göstərir amma ödəmə olmadığı üçün qeyri aktiv görsənir, domaini işlədə bilmirəm.Kartdan pul çıxılıb, unibankın proqramında hara çıxıldığıda görsənmir, hostagorda ödəniş olunduğuda.
Sizcə problem nədədi, mən nə eləyə bilərəm?
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Salam. 1-cisi endirim çox zaman yaxşı məsələ deyil, çünki endirimin arxasında başqa tələlər ola bilər: ən sadəsi 2-ci ildən başlayaraq endirimin də pulunu çıxaracaqlar, 1-2 dollar da artıq.
2-cisi, Unibank-dan pul çıxış olunubsa, deməli pulu hara göndəriblərsə, o da bilinir. Bilinməyən hesaba köçürmə etmək mümkün deyil. Bankla danışın, pul çıxılıb, ya yox.
3-cü məsələ, pulun artıq çıxılması: yeni qaydalara görə xarici saytlardan edilən alışlara görə ƏDV məbləğı də tutulur. Əgər vergi ödəyicisi deyilsinizsə, bir neçə gün sonra həmin məbləğ qaytarılır.
Domen aldığınız şirkətlə də danışın. Əgər ödəniş olubsa deməli ki, artıq domen sizindir, sadəcə DNS-ləri dəyişəcəksiniz.
Sual verin
Cavab verin