salam mən tədris kursu açmaq istəyirəm .bilmək istərdimki
1.bunun üçün məlumatı olanlar varsa nə qədər məbləğ lazımdır,
2.kurs açmaq üçün MMC almaq üstünlukmudur yoxsa yox.əgər elədisə hansı səbəblərə görə
3.kurs açan zaman ən çox nələrə diqqət edilməlidir
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
1. Bu individual məsələdir. Rəsmi rüsum filan deyirsizsə qəpik quruşdur, əsas olan biznes yatırım xərcləridir.
2. MMC açmaq işi bir az asanlaşdırmış olar. Fiziki VÖEN açsanız gərək xadiməsindən tutmuş, müəllim, mühasib və digər bütün işçilərədək hamısının da öz fiziki VÖEN-i ola və siz hamısı ilə bir-bir əməkdaşlıq müqaviləsi bağlayasız. Bu isə praktik deyil bir az. Ondan daha rahatı MMC açıb onların hamısını işə götürməkdir və bütün hüquqi işləri bir mərkəzdən rahat idarə etməkdir.
3. Ümid edirəm bu sualı praktikası olanlar cavablayacaq. Mənim şəxsi kursum yoxdur deyə nəsə iddia etməm düz olmaz.
0
Salam .
Maraqlıdır , Siz öz hazırlıq kursunuzu aça bilmisiniz?
Məndə maraq göstərirəm bu sahəyə.
Sual verin
Cavab verin