Salamlar. Provayder Ulteldi. Sürət 3 mb. Modem tez tez restart verir. 20 manatlıq Tp-linkdi. Mənə elə gəlir ki, modemin gücü çatmır yenisini almaq lazımdır. Amma problemin provayderdən qaynaqlanmağı ehtimalına görə yenisinə xərc çəkmək istəmirəm.
Buna görə də, dəqiqləşdirmək istəyirəm. Modemi dəyişsəm digəri kimi restart verəcək ya yox? Yoxsa provayderi dəyişməliyəm.
Və son olaraq Fiber İnternetə (Eyni provayder) keçsəm, yenə bu problem yaşanmaz
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
0
Sebeb coxdur.
1) Internet provayderdende ola biler.
2_Xarab modemdende
3) En cox telefon xetti pis olanda olur. Telefon kabelilinde zeyif paykalar, pis birlesmeler izolentsiz.
4) Ev telefonuna splitter qosulmayibsa, telefonu getirende atacaq.
Modemin standart oturmesi 150mb geder olur ve 300mb. Sizde amma 3 dir.
0
xətlərdə problem yoxdu məncə. Göstəricilər yaxşıdı:
Downstream Upstream
SNR Margin:
27.6 28.5 db
Line Attenuation:
12.2 7.7 db
Data Rate:
4501 1021 kbps
Max Rate:
20792 2459 kbps
1
Salam Cavid. Sənin problemini bildim. Problem provayderdədi. Mən bir vaxtlar Data+ provayderinə qoşulmuşdum və zülüm çəkdim. Hər gün modem restart edirdi, internet dəhşət zəif idi. Sonra AzTelekom a qoşuldum və artıq 11 aydır ki, sürətli və fasiləsiz internet istifadə edirəm. Xəttdə və modemdə problem yoxdu. provayderini dəyiş. Tövsiyyəm AzTelekm provayderi. P.S “SNR Margin” səndə 27.6-dı. Məndə isə 6.3 – yəni məndə xətt bu qədər zəif ola-ola interetə girirəm.
0
Salam. Şərhiniz üçün çox sağolun. Təəssuf ki, binaya ulteldən başqa provayder internet vermir.
Sual verin
Cavab verin