Ubuntu haqqında suallarım var.

Salam! Mən Ubuntu haqqında çox eşitmişəm, Ubuntuya keçmək istəyirdim. Hal-hazırda Windows 7 işlədirəm.
1)Ubuntunun mənə faydası nələr olacaq? Yəni deyildiyi qədər yaxşıdır?
2)Ubuntunu kompüterə qurduqdan sonra Microsoft Office fayllarımı işlədə biləcəm? Bir də, Ubuntuda da Office proqramları yəqin ki var, bu proqramlar Microsoft Officedən geri qalır?
3)Ubuntunun özünəməxsus proqramlarındaki fayllar Windows əs mühitində açılır?
4) Ubuntunu da bir diskə yükləyib, kompüteri format etdikdən sonra setup etmək lazımdır yoxsa daha rahatdır? Necə və hardan yükləndiyini də yazsanız sevinərdim.
5)Indiyə qədər yalnız Windows işlətmiş biri üçün öyrəşmək rahat olar?

Cavablarınız üçün indidən təşəkkürlər!


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(17:48, 12/02/2018 ) #71153

1. faydası odur ki: daha sürətlidir, pulsuzdur (oğurluq versiya krək axtarmağa ehtiyac olmur), daha asan interfeysi var, bir neçə günə öyrənmək olur. Virussuzdur, təhlükəsizdir, donmur və.s.
2. Libreoffice var, eynən word, excell, power point oxşarları da var. Microsoft Office fayllarını dəstəkləyir. Onlardan geri qalmır. Sadəcə bəzən orda yaradılan faylı burda açanda kiçik qaçmalar, sürüşmələr olur – bu da microsoftun problemidir, onlar tərəfdən qaynaqlanır. Ümumən isə hər ikisindən imtina edib Google Docs-a keçməyin vaxtıdır, mən 7-8 ildən çoxdur ki, yalnız Google Docs işlədirəm.
3. Bəli, office fayl formatları eynidir.
4. Daha asan olur. Flaşkaya yazıb flaşkadan boob edib hətta install etmədən belə istifadə etmək olur Ubuntunu. (bios-da boot from USB edərək). Bu test üçündür təbii ki. Daimi üçün isə həmin flaşka versiya olan Ubuntudakı ekranda olan install düyməsinə basıb kompda install etmək olar. Format/install prosesindən yetərincə məlumtlı olsanız iki sistemi bir arada da işlədə bilərsiz. yəni windowsu silmədən ubuntu yazmaq olur. Kompüteri işə salanda seçirsiz ki hansını istəyirəm. Təzə başlayan üçün bu yaxşı variantdır.
5. Çətin olur adətən. Çünki illərdir hər şeyin yerini əzbərləyəndən sonra fərqli yerə keçəndə geri qayıtma istəyi də olur. Və ya oyunlar, bəzi proqramlar Ubuntuda olmur deyə sırf onlara görə Windiows-a qayıtma istəyi də ola bilir.
Əsas olan məqsəddir, hansı məqsədlə keçmək. Elə-belə baxım görüm necədir deyib keçənlər adətən geri qayıdır. Ciddi fayda üçün, işində daha çox məhsuldar olması üçün və.s. keçənlər isə geri qayıtmır. Məsələn mən artıq 10-cu ildir ki yalnız Ubuntu işlədirəm, Windows və ya digər Microsoft məhsulları məndə yoxdur. Mən işimə görə keçmişəm deyə qayıtmaq ağlımdan heç vaxt keçməyib, çünki aradakı keyfiyyət fərqi yerlə göy qədərdir. Development üçün Linux ideal mühitdir. Xarici ölkələrdə də developerlər arasında Windows işlədənlər cüzi saydadır, əksəriyyət Mac və ya Linux(ubuntu, arch, debian, fedora, linuxmint, centos və.s. versiyalardan birini) işlədir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:54, 12/02/2018 ) #71154

    Vaxtınızı ayırıb belə uzun və hərtərəfli cavab yazdığınıza görə təşəkkürlər!

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:31, 17/02/2018 ) #71195

Noob sansa məni kimi çətin olacaq.
1) Demək olar bütün oyunlar ancaq windows dəstəkliyir.

2) photoshop coreldraw yükləmək olmur. Gimp2 kimi alternatifləri var gərək birdə o programı başdan öyrənəsən.

3) Linux ücün çox program köhnə versiyada olur. Bəzən program yükləyəndə xəta verir. Ki yüzdə yüz baş verəcək səndədə. Problemi saatlarla googledə axtarıb. Sudo app get vs la başlayan terminal kodları paylaşır hamısı yazırsan yenə problem davam edir.

Ümumiyyətlə programçı deyilsənsə və ingiliscə səviyyən intermediate dən aşağıdısa bulaşma. Çünki linux işlətmək başdan ayağa terminal kodlarıyla işləmək deməkdi. Birdə ubuntuda iş masasının altda yox solda olması bir müddət sonra adamı əsəbləşdirir. Dəyişməkdə olmur deyəsən olsada çətindi.

2 dəfə komputerə həm ubuntu həm linuxmind yükləyib aylarla işlədib windowsa qayıdan biri kimi deyirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:31, 18/02/2018 ) #71198

    Ümumən çətinliklə bağlı dediklərinizlə razıyam, amma
    1. wine və oxşar proqramlar ilə 95%-ni açmaq olur Ubuntuda.
    2. olur. wine kimi köməkçilərlə.
    3. əsla. əksər proqramlar eyni gündə buraxır update-i bütün OS-lar üçün, bəziləri hətta ilk versiyası elə linux-da çıxır. siz hansı proqramı deyirsiz bilmirəm. amma dedikləriniz skype və 1-2 başqa proqrama aid ola bilərdi ki (artıq onlar da yenilənib) onun da səbəbi sahiblərinin microsoft olması idi.
    4. Mənim developer olmayan yaxın qohumum 5 ildir Ubuntu işlədir. Əsas ehtiyacları ödəyir deyə heç bir kod yazmağa gərək olmur. İşlətmə səbəbi də sürətli olması, format, donma, virus, krak və.s. kimi yorucu mövzularla əllləşmək zorunun olmaması, ustaya aparıb bunun softunu təzələ, format et demə ehtiyacı olmaması və.s.-dir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:44, 20/02/2018 ) #71217

    Məsləhətlərin üçün təşəkkür edirəm.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (19 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024