Tədqiqat işi üçün sualım var.

Tədqiqat işi üçün sorğu keçirmək istəyirdim.
Mənə elə gəlir ki, buradan sualı versəm uyğun olar, həm də şəkillərlə birlikdə göstərmək olar.

Sual: Sizcə texnologiya insanlığın sonunu gətirə bilər?

İndidən cavablarınıza görə təşəkkürlər.!


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(11:09, 21/02/2018 ) #71220

Salam. Bu haqda xeyli səviyyəli kitablar var.
Eyni zamanda o kitabların icmalından ibarət çoxsaylı məqalələr. Sadəcə xarici dil biliyi lazımdır ki, internetdə araşdırasız.
Tədqiq olunan materialları oxuyandan sonra fikir bildirmək daha yaxşı olar, nəinki birbaşa burada başlasaq birimiz yox, gətirməz, o birimiz yox, gətirər demək.
Dediklərimizin əsası olmalıdır. Əsas üçün də mövzu ilə yaxından tanış olmaq lazımdır.
Qısa sual ilə desək:
Texnologiya insanlığın sonunu gətirə bilərmi?
Cavab: Əlbəttə, gətirə bilər. Nəzəri olaraq bu mümkündür və realdır. Sadəcə indi təhlükəli mərhələyə çatmağa hələ çox var deyə hazırda bu insanlığın əlindədir. Ki gələcəkdə texnologiya idarəolunan olsun, yoxsa indiki kimi xaotik və nəzarətsiz.
Məsələn, Elon Musk nəzarətin leyhinədir, necə ki nüvə sahəsi sərt beynəlxalq nəzarət altındadır, heç kim özbaşına nüva silahı düzəldə bilmir, eləcə də süni intellekt sahəsi də nəzarətə alınmalıdır – deyir.
Və ya başqa bir dahi şəxs, Ayzek Azimov öz əsərlərində robotexnikanı nəzarətə almaq üçün Robotexnika qanunlarını təqdim edib (bədii əsərin içində olsa da, çox ciddi qanunlardır), ki onlara başdan riayət olunsa çox da təhlükə olmaz.
Və ya əfsanəvi Matrix filminə yəqin ki baxmısınız, orada fəsadlar necə ola bilər, insanlığın sonu necə gələ bilər, çox elmi, əsaslı, məntiqli şəkildə bir versiya olaraq təsvir edilib.
Texnologiya sonu iki cür gətirə bilər.
1. Nüvə silahı kimi. Yəni iki tərəf də insanlardır, bir biri ilə müharibə edirlər, texnologiyanın son nailiyyətlərini istifadə edərkən dünyanı məhv edirlər.
2. Süni intellektin özü tərəfindən – insanlar öz məqsədlərində istifadə üçün süni intellekti inkişaf etdirib onu insan kimi və ya daha güclü şüura malik olmasını təmin edirlər, sonra da yaratdıqları texnologiya asan məhv olmasın, özünü qorusun deyə ona özünü qoruma instinkti yükləyirlər. Sonrası da məlum, özünü qoruma hissinə malik robot artıq “insanlar olmadan qoruma” yollarını da düşünə bilər, insandan xəbərsiz. Və gəlib insanlığa üsyan edib sizsiz mənə daha rahat olar deyib üsyan edə bilər.

Mövzu genişdir, dediyim kimi, xeyli material, kitab, sənədli film izləyib daha yaxşı fikrə gəlmək olar bu mövzuda.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:26, 22/02/2018 ) #71224

Suni intellekt məsələsi ilə razılaşmaq biraz çətindir, insanın yükşək şüur yaratma ehtimalı məncə mümkün deyil. Olsa da buna çox-çox illər lazım olacaq. Amma texnologiyanın dünyanın sonunu gətirməyi gözləmək üçün insanın inkişafetmiş şüur yaratmağını gözləməyə elə də ehtiyac yoxdur. Bu gedişnən onsuz da böyük sürətlə “sona” yaxınlaşırıq. Mən əxlaq və sosial institutların sürətlə məhv olmasını nəzərdə tuturam. Bunun da qarşısın almaqda heç kim niyyətli görünmür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:20, 22/02/2018 ) #71228

    Məsələn hazırda bu mövzuda artıq aktuallaşmış olan belə bir etik problem var.
    Autopilot maşın yol gedir, qəfil qarşısına bir yaşlı çıxır, bir də qucağı uşaqlı ana. Qarşıya çıxma ani baş verib deyə tormoz və digər manevrlərlə bəlasız ötüşmək mümkün deyil. 4 versiya var:
    1. Qocanı vurmaq.
    2. Uşaqlı ananı vurmaq.
    3. Sərt dönmə ilə dərədən aşağı yuvarladıb sürücünü(maşının sahibi) qurban vermək.
    4. Yuxarıdakı 3 seçimdən hansını seçəcəyini ayarlar vasitəsilə hər bir sürücünün öz öhdəsinə buraxmaq.

    Siz nə düşünürsünüz bu barədə, ən optimal seçim hansıdır?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (08:28, 23/02/2018 ) #71229

      4-cü əlbəttə ki. Ayarlar vastəsilə istər əl ilə istər avtomatik(əvvəlcədən müvafiq seçim daxil edilmiş) hər-bir sürücünün öz öhdəsinə buraxmaq. Mən şəxsən sərt dönüşü seçərdim.
      Allah hamını xətadan bəladan uzaq eləsin, Amin.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:24, 23/02/2018 ) #71230

    Aha. Seçimlər içində ən məqbul o görünür bəli. Amma diqqət etsək görərik ki bu seçim problemi həll etmir, sadəcə məsuliyyəti istehsalçıdan sahibə ötürür. eyni problem artıq sahib üçün var, bu dəfə dördüncü seçim olmadan. Siz sərt dönüş deyirsiz meselen, amma mence 99% bunu seçməkdə çətinlik çəkər. Səbəblər də bir sıradir.
    1. Təhlükəsiz maşın alıb ki onu qorusun, maşın isə onu qurban verir ilk çətinlikdə. Deməli maşının içində özünü daim təhlükədə hiss edə bilər, güvənsizlik. Xeyir ola deyə sual çıxa bilər.
    2. Tutaq ki insan özünü bu tip çətin hallarda qurban verməyə razı olacaq qədər comerddir. Amma maşında insan tək olmaya da bilər axı, ailəsi de ola bilər. Ailə məsələsi de varsa, əminəm ki, heç kim üçüncü bəndi seçməz.
    Deməli problem həll olmamış qalır.

    Ki, dediyim sadəcə bir nümunə idi. Digər seçimlər də var: dar yoldur qəfil uşaq və qoca çıxır, ikisindən birini vurmaq qaçılmazdır, maşını sərt formada sağa sola burmağa da zaman çatmır. Bu halda nə seçilməlidir? Uşağın ömrü irəlidədir deyə, qocanı vurmaqmı? Bu nə dərəcədə etikdir, qoca insan insan deyilmi, ona da bu seçim verilsəydi razılaşardımı? Göründüyü kimi, problem əslində ciddidir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (11 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024