Salam. Bir məsələ mənə çox maraqlıdır. Bu Servislər detalları hardan gətirirlər ? Apple cihazlarının orginal detalları başqa yerlərdədə satılır yoxsa ancaq öz zavodlarında olur ?
Hal-hazırda mənim iphone`mun ekranı qırılıb. Dəyişmək istəyirəm amma bilmirəm original adı ilə saxta detal qoyacaqlar ya elə original olacaq.
Nə düşünürsüz bu barədə ?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
Belə deyək.
1. Apple zavodu yoxdur. Apple sifariş verir, başqaları istehsal edir, Apple isə satır. iPhone Çinin Foxcon şirkəti tərəfindən istehsal edilən telefondur.
2. Apple ekranları Samsung istehsalidir və kənarda satilmır. Yalnız rəsmi Apple servislərde və rəsmi Apple certified servislərde olur, başqa heç yerdə olmur.
3. Size adi təmir dükanlarinda təklif edilən ekran 90% ehtimalla Çin istehsalı kopya olur, 10% de hansısa xarab iPhone-dan sökülən ekran. Çin istehsalı olan da keyfiyyətli olanı var keyfiyyətsiz olanı var. Amma hər halda original Samsung ekranından pis olurlar orası dəqiqdir
1
Ətraflı məlumat üçün təşəkkür edirəm.
Demək belə etdim mən. Birinci Youtubeda xeyli iphone LCD display videolarına baxdım. High copy,original və s. Nələrə diqqət edəcəyimi yadımda saxladım. (işıq altında görüntü,pixel,lent kodu,lent səliqəsi və s.)
Sonra servislərə yollandım. Ümumilikdə 8 servis gəzdim. Hamsı Original adı ilə high copy soxuşdurmaq istəyirdilər. Axırda bir yer var idi ora getdim iCloudun şifrəsi unudulmuş iphone var idi onun lcdsini aldım və quraşdırdım.
Heç kəsə nəyisə araşdırmamış bir başa ustaya vəya servisə getməyi məsləhət görmürəm.
1
Bəli, eynən. Əgər rəsmi sertifikatlı servis deyilsə (Azərbaycanda deyəsən 1 ya 2 dənədir Apple sertifikatlı servis) o halda original hissə gətizdirməsi mümkün deyil, aliexpress-dən sifariş edirlər adi qaydada.
Belə olan halda ən yaxşı seçim başqa iPhone-dan sökülən ekrandır ki, onu da etmisiniz. Bu yaxında mənim də bir tanışım məhz bu yolla dəyişdirdi ekranı.
Sual verin
Cavab verin