Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Onlayn məhsul alışı zamanı ödənişlər.

Salam. Mənə mövzu başlığı ilə bağlı bir neçə şey maraqlandırır. Verəcəyim suallara yaxın sual burda görüb cavabını oxumuşam, lakin sual 1 il əvvəl verilib, qanunda dəyişiklər olması ehtimalını gözə alaraq bir də soruşmaq istədim.

1) Xaricdən nəsə sifariş verərkən məsələn ucuz məhsullarda məhsulun qiyməti 0.5 azn-dirsə bu məhsula görə öz qiymətindən 3 dəfə çox poçt ödənişi edirəm. Bunun hər hansı bir çıxış yolu var mı?
2) Məhsuldan 10-20 ədəd sifariş verən zaman poçtdan hər hansı bir endirim almaq olur mu?
3) Məhsulun sayı və dəyəri nə qədəri keçəndən sonra vergiyə cəlb olunur? Məsələn mən 10 ədəd ümumi dəyəri 200 azn-i keçməyən t-shirt sifariş verib alsam bu məhsuldan vergi ödəməliyəm? Ödəməsəm nə baş verəcək?
4) Ümumiyyətlə, belə 15+ sayda bir məhsul alarkən poçtdan başqa alternativ var çatdırılma üçün?
5) Çox sayda məhsul alarkən aldığım saytdan, məsələn aliexpress necə endirim əldə etmək olar?

Öncədən təşəkkürlər.


Kateqoriya: Sual . , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(15:40, 28/03/2018 ) #71496

1. Xidmət haqqıdır bu, məhsulun qiyməti ilə əlaqəli deyil, çəkisi və ölçüsü ilə əlaqəlidir. Çıxış yolu odur ki, bir neçə məhsulu bir paketdə alıb poçt ödənişində də qənaət etmək olar.
2. Ölçü və çəki önəmlidir. Ayrı-ayrı paketlər olsa, xeyr endirim olmur. Hamsı bir bağlamadadırsa(xaricdə eyni satıcıdan alanda eyni paketə yığır) o halda bəli, xeyli qənaət olar.
3. Vergi yox, rüsum ödəməlisiz eyni məhsuldan çox alanda. Ödəməmək kimi şansınız yoxdur, çünki malı gömrük saxlayır, özünüz aeroporrta gedib orada banka ödəniş edib malı təhvil alırsınız. Şəxsi təyinat üçün olanda rüsum ödənilmir, biznes təyinatı olanda ödəyirsiniz. 10 ədəd alanda da inandırıcı görünmür ki, bu qədər şeyi özünüz üçün alırsınız. Ona görə də gömrük saxlaya bilər.(bəzən saxlamır belə şeyləri, ucuz olduğuna görə. Amma saxladığı da olur. Keçən gün bir tanış 6 ədəd eyni uşaq geyimi almışdı, gömrük saxladı, gedib oradan rüsum ödəyib götürdü)
4. Express poçtlar var, DHL, Azems, Fedex və.s. Onlar isə qatqat bahadır sözsüz. 50 azn-dən aşağı olmur ən kiçik bağlamada belə. Ən ucuzu adi poçt ilə gələndir.
5. Bunu satıcı ilə danışaraq əldə etmək olar. contact seller ilə yazırsınız, satıcı razıdırsa sizə kupon kodu verir, o kupon kodunu yazıb neçə faizsə endirim əldə edə bilirsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:31, 28/03/2018 ) #71497

    Bəs müxtəlif satıcılardan alıb eyni paketə qoydurmaq mümkündürmü? Və ümumiyyətlə məhsulların eyni paketə qoyulmasını kimə tapşırırıq?
    Rüsumun miqdarı haqda falan ümumi məlumat hardan ala bilərəm?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:45, 28/03/2018 ) #71498

      xeyr, mümkün deyil. eyni satıcıdan alanda soruşmasaz belə o qoyur, fərqli satıcıdan alanda isə mümkün deyil.
      rüsumun miqdari haqqında cavablar.net-də kifayət qədər sual-cavab var. Malın dəyərinin 35%-i olur təxminən.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:15, 28/03/2018 ) #71499

cavablar.net-də olan sual-cavabları oxudum rüsum haqda. Amma orada biznes məqsədilə alınan mallar üçün rüsumun nə qədər olduğunu tapa bilmədim. Yazılanlar hamısı deyirdi ki, 1000-dən yuxarı olarsa 36% rüsum var. Bəs 1000-dən aşağı lakin biznes məqsədli olsa neçə faiz olur? birdə hər mal üzrə tətbiq olunur yoxsa ümumi miqdara?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Şükür Hüseynov cavab verdi - Komputerim oz ozune sonur (3 saat əvvəl)

camo052 cavab verdi - Kompüterin orginal İP-sini necə geri qaytarım ? (19 saat əvvəl)

Logist cavab verdi - Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (1 gün əvvəl)

niko_seymuroglu cavab verdi - domen elavə etmək (1 gün əvvəl)

niftaliyev cavab verdi - Komputerim oz ozune sonur (1 gün əvvəl)

oguztml cavab verdi - Oyun kataloqu (1 gün əvvəl)

E. Hacı cavab verdi - Kompüterin orginal İP-sini necə geri qaytarım ? (1 gün əvvəl)

niftaliyev cavab verdi - Plagiat proqramının iş prinsipi necədir (2 gün əvvəl)

niftaliyev cavab verdi - Wordpress Azerbaijan herifleri ile link problemi (2 gün əvvəl)

niftaliyev cavab verdi - Wordpress.com-da qurduğum bloqu Wordpress.org-a daşımaq istəyirəm. (2 gün əvvəl)

niftaliyev cavab verdi - İxtisas artırma ilə bağlı kimin məlumatı var? (2 gün əvvəl)

Ramazan cavab verdi - Adsense Poçt indeksini yazanda qebul elemir (4 gün əvvəl)

Maqa cavab verdi - Texnikomun balı (4 gün əvvəl)

Babazade cavab verdi - Aliexpress limiti ne qederdi? (4 gün əvvəl)

Babazade cavab verdi - Aliexpress limiti ne qederdi? (4 gün əvvəl)

E. Hacı - 574 xal

Software Developer - 571 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 217 xal

Sistemə daxil olmuş 19497 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2018