Salam. Məndə internet əvvəlkinə nisbətən çox zəifləyib (5mb bakinternetdən) usta cağırdım incələdi və modemin köhnəlməsi ilə əlaqəli olduğunu bildirdi, dolayısıyla modem dəyişməlidir dedi. Bilmək istərdim belə şey mümkündürmü? Və hansı modem məsləhətlidir gələcəkdə belə problemlə üzləşməməkcin.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Salam. Modemin köhnə olmağının internetə təsiri məsələsi birinci dəfədir eşidirəm. Əgər modeminizdə ADSL Mode ADSL2-ni dəstəkliyirsə, məncə problem olmalı deyil. Ən pis halda G.DMT modunda işləyə bilər (endirmə 8 mb/san, yükləmə 1.3). Modemi test etmək üçün açın Start menu daha sonra CMD yazın və açılan pəncərədə belə bir əmr yazın:
tracert google.com
ms-lərə (millisaniyə) baxın və müqayisə edin ki, problem hardadır.
Modemə gəlincə, hal-hazırda işlətdiyim modem TP-Linkin TD-W8901N modelidir. Problemsiz işləyir.
-1
imkan varsa eger bacarirsinizsa modemin proshivkasini tezeliyin yox bilmirsinizse el vurmayin / modemin modeli?
Sual verin
Cavab verin