Paypal hesabıma kaptial bankın kartını əlavə etmişəm ,bir saytda ödəniş etməliyəm amma kartımda balans olmadığını deyir amma kifayət qədər pul var.Ola bilərmi ki,ödəniş dollarla edilməlidi amma mənim balansımda manatladı? Elədirsə o pulu necə dollara çevirim?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
Manat məsələsi deyil.
Ödənişi hara edirsiz? Xidmətdirsə (yəni mal,əşya deyilsə), elə olan halda balansınızda 18% ƏDV də əlavə olmalıdır .
Məsəlçün balansınızda 100 dollar varsa, ən çox 84$lıq ödəniş edirsiniz, balansınızdan 100$ çıxır. 84 qiymət + 16 ƏDV.
0
9tut saytı var ora edirəm ödənişi.Təşəkkür edirəm həll olundu nəzərə almayıbmışam onu ).Bu sayt haqqında da onu deyimki çox bəyəndim.Azərbaycada belə sual-cavab forumlarının aktiv olması əladı 🙂
0
Bankdan peypalin testik kodunu alib, peypalda daxil etmisiniz ?
Sual verin
Cavab verin