“Shopify”ın Azərbaycanda istifadəsi

Salam, mən shopify portalında qeydiyyatdan keçdim, özümə template aldım. Hər şey yaxşı gedirdi lakin paypal ödəniş sisteminin Azərbaycanda işləmədiyini görənə kimi. Biraz araşdırdım skrill və 2checkout ödəniş sistemlərinində Azərbaycanda dəstəkləndiyini bildim. Lakin skrill və 2checkout-dada biznes adresinin sənədlərini falan istəyirlər accountu təsdiq etmək üçün. Yəni artıq başağrısıdır hamısı. Mənim sualım shopify-ı ümumiyyətlə istəfadə edən varmə Azərbaycanda? varsa hansı ödəniş sistemini istifadə etmək olar problemsiz? Əvvəlcədən təşəkkür edirəm 🙂


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(10:55, 12/09/2018 ) #72780

“Lakin skrill və 2checkout-dada biznes adresinin sənədlərini falan istəyirlər accountu təsdiq etmək üçün”
Dəhşət. 🙂 Siz biznes ilə məşğul olmaq istəyirsiniz və sənəd təqdim etmədən bu işi ötüşdürmək istəyirsiniz? Bir az ciddi yanaşmaq lazımdır bu işlərə, o halda gəliriniz də, uğurunuz da çox olar.
Paypal dəstəkləsəydi sadə paypal hesabı ilə yola vermək olmayacadı, orada da sizdən sənədləriniz, kommunal çekiniz, biznes adı yazmısınızsa biznesinizə aid sənədlər və.s. hamısını bir bir istəyəcəkdilər.
Yəni bu hüquqdur, hər yoldan ötənə online ticarət imkanı versələr, çörəyi elə dələduzlar yeyər ki, paypal filan da batar.
Qaldı alternativlərə,
Skrill bir az uyğun deyil bu məsələdə, 2checkout yaxşı sistemdir, lazımi sənədləri təqdim etsəniz və veb saytınızı ilkin versiyada hazır etsəniz, ilkin məhsulları yerləşdirsəniz bir neçə dənə, nümayiş üçün, və biznesinin mahiyyətini izah etsəniz, 2-3 günə aktivləşdirirlər qəşəng.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:02, 12/09/2018 ) #72781

    Mən qeyri-ciddi yanaşmıram. Sadəcə və sadəcə olaraq, fiziki ofis olmadığından heç bir sənəd təqdim edə bilmirəm. Dropshopping etmək üçün məncə fiziki bir ofisə ehtiyac yoxdur, ən azından başlanğıc üçün. Cavabınız üçün təşəkkür edirəm.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:22, 12/09/2018 ) #72782

      Ev ünvanını göstərin. Mən 2checkoutda o vaxt verify edəndə ev ünvanı göstəmişdim, bir də evə aid kommunal çek. Vəssalam həll olmuşdu biznes account.
      Orada mütləq ofis ünvanı olmalıdır deyə şərt yoxdur. Əsas odur ki, göstərdiyiniz ünvana aid olduğunuzu isbat edən sənəd verə biləsiniz. Onlara lazım olan odur, sizin fiziki olaraq göstərilən yerdə olduğunuzu isbat etmək.(hüquqi məsuliyyət və.s. hallara görə) Yoxsa nələrinə lazımdır ofis və ya ev olması.
      Hətta belə hallar da olur ki, ev sahibi valideyndir və ya başqa ailə üzvüdür, sizin ad heç bir çekdə yoxdur. O halda adi MİS(JEK)-dən belə arayış alıb vermək olur. Üzərində dövlət möhürü var deyə. Yadımdadır, haradasa 8 il filan əvvəl, adıma olan kommunal çekim olmadığına görə, Skrill-ə JEK-dən arayış scan-ı göndərmişdim verify etmişdilər.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:29, 12/09/2018 ) #72784

Təşəkkür edirəm ətraflı cavab üçün. Məlumatlı oldum. Birdə orada saytdakı “contac us” sehifəsini istəyirlər. Oradada belə başa düşürəmki yazdığım adres olmalıdır. Birdə e-gov.az portalından yaşayış yerindən arayış versəmdə olar məncə. Sizin fikriniz nədir bu haqda qəbul edərlər yaşayış haqqında arayışı e-gov.az -dan versək?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:12, 12/09/2018 ) #72785

    e-gov məsələsində şübhəliyəm, çünki üstündə real möhür yoxdur, digital sənəddir. digital sənədi də photoshopda rahat düzəltmək olur deyə qəbul etməyə bilərlər.
    ünvan contact us isə sadə məsələdir. Saytda contact us səhifəsində, ad,soyad,mesaj,göndər bölməsi ki var, onların altında yazı ilə ünvanınızı daxil edirsiniz, vəssalam. Gələcəkdə silərsiniz gedər.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:26, 12/09/2018 ) #72787

      Təşəkkürlər. Qeydiyyatdan keçib doldurdum lazım olan yerləri. Cavabını gözləyirəm. Cavabınız və köməyiniz üçün minnətdaram.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:42, 12/09/2018 ) #72793

    Uğurlar

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:16, 07/05/2019 ) #75065

Zehmet olmasa prosesin neticesi ile bagli update ede bilersizmi? eyni meseledir mende de

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (13 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024