Salam. Gardasim Nyu-Yorkda yasayir dedi mencun paypal hesabi acar. Mene maraqlidi o acdiqi hesabla mən Bakida ola ola alis veris edə bilərəm?
Salam. Gardasim Nyu-Yorkda yasayir dedi mencun paypal hesabi acar. Mene maraqlidi o acdiqi hesabla mən Bakida ola ola alis veris edə bilərəm?
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
0
Alış veriş üçün Azərbaycanda da aça bilərsiniz Paypal hesab. Problem nədir ki?
Paypalı Amerikada açmaq ancaq sizə biznes üçün lazım ola bilər, yəni pul qəbul etmək üçün.
Biznes üçün deyirsinizsə, Amerikadakı qohumunuz aça bilər əlbəttə, amma ondan sonra onun vergi işlərini və.s. də gərək o həll edə hər dəfə. Yəni asan iş deyil, onun üzərinə daimi məsuliyyət yüklənmiş olacaq.
0
Salam. Mesuliyet siz neye deyirsiz? Yani vergi demisken Paypal ozu her emeliyete gore 3% tutur men bilen. Ondan basqa ne vergi? Etrafli yaza bilersiz?
0
Məsuliyyət yəni – gəlir bəyannaməsi, vergi və.s.
Paypalın tutduğu komissiyadır, vergi ilə heç bir əlaqəsi yoxdur.
Vergi orada səhv etmirəmsə ildə bir dəfə olur, bəyan edilir ki bu qədər pul gəlib bu qədərini iş üçün xərcləmişəm, bu qədəri qalıb gəlir kimi, və xalis gəlirin (xərcləri çıxandan sonra) 30%-ni ödəməli olur sahibkar, vergi olaraq. (bəli, qərbdə vergilər dəhşət yüksəkdir. Avropada 40-50%-ə çatır hətta, bəzi hallarda)
Bu həm biznes paypal, həm də personal paypala aiddir.
təbii, vergi filan vermədən də amerikadakı paypala pul qəbul edə bilərsiniz və xeyli müddət xəbər də tutmazlar, amma xəbər tutanda artıq pis olacaq hesab kimin adınadırsa ona. İri məbləğdə cərimə yazacaqlar.
0
He sizi basa dusurem. Yani orfa geydiyetden kecse burda rahat iwdiye bilerem rahat? Bloka salmazlar? Yani Vergi basa dusdum yeni isim yaxsi getse niye da vermirem vergini. Sadece bu barede melumatim yoxdu. Etrafli deya bilersiz? Mence meblegden asilidir vergi ve sayr.. yeqinki 100 minlik alver etsem vergi verecem amma ondan az meblege yox. Siz bu barede nese deye bilersiz mene?
0
Bu işlər “yəqin ki”, “məncə” ilə olmur.
100min – bu məlumatı haradan aldınız? Elə şey yoxdur. Vergi hər bir halda verilməlidir. ABŞ-ın çox mürəkkəb vergi qanunları var, sizə asan və qeyri-ciddi gəlməsin. Ağır nəticələri, böyük cərimələr və həbs belə olur əgər nəsə fırıldaq gəlməyə, vergi verməməyə çalışılarsa. Yəni bu ciddi işdir, burada yəqinlərə, gümanlara yer vermək olmaz.
Asan olsaydı inanın, hərə bir tanış tapardı və işi onun adından görərdi.
Təəssüf ki sadəcə sual-cavab ilə bu işi həll etmək olmaz burada. Dediyim kimi ciddi və mürəkkəb işdir bu. Öz adınıza US-də şirkət açmaq – bu illik ən azı 500$ ödəniş etməklə köməkçi şirkətlər (Atlas adlı şirkət məsələn) vasitəsilə mümkündür.
Qohum adına açdıqda isə sizə hər şey asan olar, amma o qohum bütün məsuliyyəti üzərinə götürüb vergi ödəməli və mühasibat işlərini görməlidir.
Sual verin
Cavab verin