Internetden qazanc vergisi

salam, internetden pul qazananda vergisin vermek isteyirem ama hesabat söhbətini başa düşmədim heç özümdə bilmirəm nə işi görürəm nə iş gəldi edirəm yəni hesabatə verende nece deyecem ki ne işi gördüm onlar nə başa düşəcəklər tutalım biri gəlir hosting aldırır hansısa firmadan sayt qurdurur, biri gəlir saytı daşıtdırır sonra başqa başqa işlər adi kiçik köməklər edirəm indi mən nece edim ki nəsə yazmadan pulu aldım deyek vergsiin ödəyə bilərəm yəni hesabata təkcə qazanc yazılsa.

Yəni demək istədiyim budur ki nə iş gəldi görürəm fərqi yoxdur kim nə verdi onu edirəm yəni oturub hamısın hesabata yazmağa bilmirəm necə olacaq. Tutalım gündə 2 fərqli iş gəlir.


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

(11:50, 25/10/2018 ) #73142

Bunun üçün xüsusi xana var fəaliyyət növündə. Sektoru seçirsiniz, orada DİGƏR xanası olur, ora yazırlar. Və ya sektor belə yoxdursa, hər sahədən iş görürsünüzsə, o zaman heç bir sektora aid olmayan DİGƏR xanası da olur.
Yəni hamısı düşünülüb bunların.
Şirkətlərçün iş görəndə onlar sizə pulu bank ilə köçürməlidir, siz də e-qaimə göndərməlisiniz asan imza ilə.
Yox əgər fərdi şəxslər üçün görürsünüzsə, o halda əllə çek yaza bilirsiniz və bir nüsxəsi sizdə qalır (mətbəədən almaq olur, 100 və ya 500 dənəlik. Ucuzdur) Hesabatı da o çeklərin cəminə görə verirsiniz.
Bəzi sahələr var ki, orada çek də olmur (bərbər, marşrut, taxi və.s.) orada artıq təyin edilən sabit vergi ödənilir. Yəni sadəcə 3 ayda bir deyilən vergini ödəyirisniz.
İstənilən halda, işi kökündən çözmək və fəaliyyətinizi qanuni etməlk üçün iki addım atmalısınız:
1. Vergilən nazirliyiniz ərazinizdə olan şöbəsinə gedib fəaliyyətinizi izah edib ona uyğun VÖEN əldə etmək.
2. Bir mühasib ilə anlaşıb hesabat işlərində kömək istəmək. Ki ya sizin yerinizə həmişə o həll etsin bütün işləri (3 ayda bir 50-100 azn ödəniş müqabilində), ya da bir dəfə üçün sizə kurs kimi hamısını öyrətsin, sonra siz özünüz edəsiniz bütün işləri. Amma mühasib ilə etmək daha sağlam yoldur, heç bir narahatlığınız qalmır ki birdən nəsə qanunsuz olar, cərimə gələr və.s.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:55, 25/10/2018 ) #73144

    İndi belə bir şey varda mən indi evdə oturub başqa ölkəyə iş görəndə (oturub dəqiqə başı öz özümə çek yazmalıyam?) mənə webmoneylə ve.s ödəyirlər pulu yəni bankla almıram çoxusun pulu çəkəndə isə webmoneydən çəkirəm. Yəni belə eləmək olmaz ki məsələn bütün pul yığıldı ayda 2 3 dəfə çəkim o pulu təkcə deyək ki 1000 dollar ı 300 300 400 çəkmişəm və 30 40 dənə iş görmüşəm. Onları yazmaq yerinə isə təkcə 300 300 400 ü 3 iş kimi yazıb göstərəbilərəm ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:59, 25/10/2018 ) #73145

Mən pulu çəkəndə bank hesabıma pul 2-3 dəfə girir deyə mən dövlətə onu 3 iş görmüşəm kimi göstərsəm nəsə bir problemi olmaz ki? birdə mən indi vöen alsam köhnə işlərim (köhnə işlər bele çox deyil illik 7 8min olar)in vergilerinidə məcbur ödətdirməzlər? bir dəki vergi 2%dir?

O dediyim köhnə işlərində bəziləri western union ilə olub ama məncə western union qazanca aid deyil? dosta göndərilmiş kimi olur?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:04, 25/10/2018 ) #73151

    Yo mən dediklərim daxildəki işlər üçündür. Xaricdə görülən işə təbii ki çek yazmırsınız və iş sayı da göstərmirsiniz.
    Sadəcə 3 ayda cəmi nə qazanmısınız onu göstərirsiniz və vergini verirsiniz. Yəni ən sadə formada. Heç bir detal lazım deyil ki neçə iş olub hərəsindən nə qədər almısınız.
    Sadəcə bir ƏMMA var bu işdə.
    Əgər pul VÖEN üzrə açılan hesaba gəlsəydi bütün məsələlər həll olmuş olardı sual da qalmazdı.
    Siz pulu dolayı yollarla çəkirsiniz deyə bir az boşluq yaranır burada.

    Əslində xaricdə bu işlər çoxdan həllini tapıb, bizdə qanunda bir az boşluq var bu məsələdə.
    Məsələn xaricdə belədir – sizdə pul hara gəlir gəlsin fərq etmir, siz sadəcə dürüst davranıb bəyan edirsiniz gəlirinizi və vergini ödəyirsiniz. Dürüst davranmaq üçün də yetərincə əsas var. Çünki qərb dövlətlərinin bütün internet pul sistemlərinə əlyetərliliyi var, və tutaq ki 5 ildə bir dəfə yadlarına düşəndə sizin hesabı yoxlayıb asanlıqla bilə bilirlər ki siz bütün pul sistemlərindən nə qədər pul qazanmısınız.

    Bəs bizdə necədir , bizdə qanunda ancaq o var ki, rəsmi hesabınıza gəlir pul, vergi ödəyirsiniz. Belə dolayı yollarla gələn pullar üçün isə qeyri rəsmi və praktikada istifadə edilən iki yol var
    – bu tip gəlirlərdən heç bir vergi verməmək – düzgün olmayan yol olsa da əksəriyyət belə edir, yəqin siz də bilirsiniz bunu.
    – bu tip gəlirləri eynən xaricdəki kimi dürüstcə bəyan edib 4% vergini vermək – burada tək problem odur ki, rəsmi gəliriniz nazirliyin sistemində sıfır kimi gedir, amma siz vergi verirsiniz. Ziddiyyət olur bir növ. Bunun rəsmi həlli nədir, mən də bilmirəm. bir xeyli mühasibdən soruşmuşam bu məsələni – ümumi cavab bu olub ki bəyan edib vergini vermək hər halda ən doğru yoldur. Rəsmi hesaba gəlməsə belə. Amma rəsmi yol dediyim kimi yoxdur.

    Bəlkə də var, biz bilmirik, siz də xüsusi halda maraqlana bilərsiniz bununla. 195-ə zəng edib məsələni təsvir edin, deyin ki gəlir əldə edəcəyim saytların hərəsinin öz ödəmə sistemi, kartı və.s. var, ona görə də rəsmi VÖEN hesaba pul göndərməm mümkün deyil. Bu halda nə məsləhət görürsünüz qanuni olaraq ən doğru yol nədir bu halda?

    Nə cavab versələr bura da yazarsınız, bəlkə əlavə faydalı nəsə demiş olarlar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:12, 25/10/2018 ) #73152

      maraqlanaram tesekkurler cavab üçün, bu aylarda gəlirim artıb 3 4 min dollar olub indi deyirem pramoy kartıma çekende sonra vergi meselesi çıxa biler tebii ki 1 2 deneden heçne olmaz ama her ay bele davam elese menden soruşmazlar ki bu pul hardan gelir yeni xaricde ne iş gördüyümün heç kəsə dəxli yoxdur ki?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:03, 25/10/2018 ) #73154

    yo, burda yaşayaraq fəaliyyət göstərdikdə vergini də bura ödəməlisiniz. xidmət hara göstərilir fərq etmir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:15, 25/10/2018 ) #73155

      Bəs bir sualımda var məsələn mən webmoney ve ya yandexin mastercartı ile pulu bankomatdan çeksem onda heçkim bilmez ki menim pulum var ya yox? vergi ödemekden qaçmırame prosda ki çox qarışıqdı mende isteyirem rahat vergimi ödeyim pulumuda sual işaresi olmadan rahat alabilim.

      Burda sual işarəsi qaldı
      Əgər pul VÖEN üzrə açılan hesaba gəlsəydi

      Vöen üzre açılan bank hesabı pramoy karta bağlı olabilər görəsən karta bağlı olsa pramoy pulu çekende vöen hesabına gələrdi və problem həll olardı.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:32, 25/10/2018 ) #73157

“heçkim bilmez ki menim pulum var ya yox?”
baxır o heç kim deyəndə kim nəzərdə tutulur. Avtomatik olaraq bu hər hansı yerdə düşmür qeydiyyata, bəli.
Amma istəsələr çox asanlıqla müəyyən edə bilərlər bunu. Ölkədəki bankomatların hər birindən olan tranzaksiyalar yoxlanıla bilər.

Yuxarıda dediyim kimi, rahat yol üçün 195 ilə danışın, vəziyyəti izah edin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:34, 26/10/2018 ) #73158

    təşəkkürler, 195’ə zəng edəcəm. Siz yuxarda demiştiniz ki vöen üzrə açılan hesaba gelse asan olar. Bankdan soruşdum bank deyir ki Vöen hesabınızı karta bağlayabilərik pul pramoy ora oturar. Ora bağlı olsa menden avtomatik 4% tutulacaq yoxsa her 3 aydan bir yene özüm senedleşdirib ödemeliyem?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:08, 26/10/2018 ) #73159

      “bank deyir ki Vöen hesabınızı karta bağlayabilərik pul pramoy ora oturar”
      Burada VÖEN hesaba bağlı ayrıca sahibkar kartından gedir söhbət, indiki adi vətəndaş kimi əldə etdiyiniz bank kartlarını demirlər.

      “avtomatik 4% tutulacaq ?”
      Avtomatik tutulmur ümumiyyətlə. Özünüz ödəyirsiniz 3 ayda bir hesabat verərək.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:12, 26/10/2018 ) #73160

Vöen aldıqdan sonra bizim https://login.e-taxes.gov.az/login/ bu saytda bir hesabımız olur və hər 3 aydan bir hesabatı ora verib ödəyirik ? Burda olan mövzuların çoxun oxumuşam ama tam anlamaq olmur. Bir ara oxumuşdum ki eve gelib komputeri falan yoxlayırlar 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:03, 27/10/2018 ) #73163

    Bəli, dediyiniz sayt ilə girib hesabat göndərirsiniz. Sonra da ya online ya da bank ilə vergini ödəyirsiniz.

    Evə gəlib kompüter yoxlamaq – bunlar real söhbətlər deyil. Oxuduğunuz yeri paylaşsaydınız yaxşı olardı.
    Şirkət olanda, obyekt olanda, bəli, mümkündür ki gəlib yerində yoxlama etsinlər, hər hansı şübhə olanda kompüterə baxsınlar və.s. Daha ev yox da amma.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:09, 27/10/2018 ) #73164

      teşekkurler komeye gore bes hansi bankdan vöen açdırmaq daha sərfəli olar? ele bank var pul daxil olanda da faiz tutur kartdan ve ya bank hesabından cekende de.

      Asan imza almaq haqqında burda axtardım bir sey çıxmadı, asan nömre almaq lazımdır deyesen asan imza açdırmaq neçeye başa geler?

      Bir de bu vöen hesabını açdirdıq 5 6 ay sonra bağlatdırmasaq ve ondan sonra pul qazanmamışıqsa onda her hansı bir cərimə falan gelmir ki?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:14, 27/10/2018 ) #73165

    Belə xırda suallara artıq VÖEN açdırandan sonra cavab alacaqsınız nazirlikdə. Hərəkət etmədən ön informasiya toplamaq ifrat dərəcədə olmamalıdır. Prosesin özündə bütün bu suallara cavab tapacaqsınız.

    VÖEN açdıranda istər asan imza, istər nə vaxt necə dondura və ya bağlaya bilərsiniz, istərsə də bank hesabı məsələsini izah edəcəklər sizə.
    Xidmət baxımdan Beynəlxalq bank məsləhətlidir VÖEN işləri üçün.
    Faiz filan məsələsində isə hamısı eynidir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Əgər heç anlayışınız yoxdursa, bu işləri konsaltinq şirkətinə ötürün, bu xırda məsələləri onlar sizin üçün həll etsinlər. Misal üçün, Bakinar Konsaltinq

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (20 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024