Aliexpressdən telefon almışdım (Blacview A7) .Bu gün onu qoydum elan saytına .Biri alası oldu .Telefonun hər şeyi işləyərdi .
Evdən çıxanda telefonu format etdim və nömrəsini çıxardım .Telefonu imei qeydiyyatdanda keçirmişdim .
Hər şey qaydasında idi .Getdim oğlan başladı telefonu qurtdalamağa .Fikirləşdim ki yəqin dəqiq adamdı yoxlayıb almaq istəyir falan .Mənim fikrimcə o telefonuma nəsə etdi telefonun seti tutmadi ,imei nömrəsi görsənmədi .Daha sonrada çoxlu mənə dedi ki gəl 5 manata sat mənə . 🙂 Sualım odur ki belə bir şey mümkündürmü ? Yəni sim kartları / imei kodu tez bir zamanda deaktiv etmək / xarab etmək ? Çünki telefonda hər şey qaydasında idi .
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Salam bu bütün telefonlara aiddir ya yox bilmirəm amma mənim də başıma belə birşey gəlib. Xüsusilə də xaricdən gələn saxta telefonlarda imei qeyd olunsa belə format atıldıqda yenidən qeydiyyat eləmək lazım olur.
Sual verin
Cavab verin