Salam. buradakı suallara baxdım hamsı demək olar ki Bakı üçün olanlar idi. Mən Gəncə şəhərində qalıram. Aliexpressdən telefon sifariş verdimş 24 noyabırdan gəlib. Əvvəllərdə sifarış veirirdim poçta gəlirdi zəng edib deyirdilər məndə alırdım. İndi bilirəm ki qaydalar dəyişib. Sifariş gəlib çatıb Bakıdadı. Mən indeks olaraq Az200olaraq qeyd etmişdim ancaq indi az9095 qeyd olunub. Sifarişimi necə götürə bilərəm. Hansı sənədlər lazımdır və mən Sifarişimi hardan götürməliyəm? Əvvəlcədən təş’kkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
1
Bankdan telefona ödədiyin pulla bağlı çıxarış, şəxsiyyət vəsiqəsinin kopyası və izləmə kodunu götürüb gedirsən 28 may metrosunun çıxışında dəmiryolu xəstəxanasının arxasında poçt daşıma mərkəzinə 1 manat 40 qəpik rüsumu ödəyib telefonu alırsan.
Bundan əlavə bildiyim qədəriylə yuxarıda sənədləri məktubla PDM ə göndərəndə də telefonu rayon poçtuna yolluyurlar.
0
Çox sağ olun. Getdim Gəncə mərkəzi Poçtdan soruşdum dediler Bakıya getməyə ehtiyac yoxdur. Dedikləri sənədləri 9095e göndərdim. Hələki gözləyirəm görək gələcəkmi ?
0
Salam aleykum.9095 e senedleri poctnan gonderirsiz?
-1
Menimde telefonum ayin 24unen gelibdi mende cixarisi gondermisem mende gozluyurem
-1
Bəli bankdan çıxarış şəxsiyyət vəsiqəsinin surətini götürüb yaxılaşın poçt şöbəsinəş deyin göndərsinlər 9095-ə 1 manat rüsum alıb göndərirlər.
2
24 noyabırda Sifarişim Bakıya çatdı. 28 noyabırda Bankdan çıxarış şexsiyyət vəsiqəsinin surəti və izləmə kodunu Gəncə mərkəzi poçtundan göndərdim. və nəhayət 10 dekabrda Telefon bağlaması gəldi özümə çatdı. Yəni deyirəm ki Bakıya getməyyə ehtiyac yoxdur. Sdəcə 155 qaynar xətti ilə elaqə saxlayın paketiniz gələcək.
0
Leyla xanım sizin bağlamanız gec çatdı yoxsa tez özünüzə?
Sual verin
Cavab verin