Salam. Mən özüm üçün facebook profili yaratdım, qeydiyyatdan keçdim notebook ilə. E-mail adresim və yaratdığım profilim üçün seçdiyim parol ilə qeydiyyatdan keçdim, yəni mobil telefon nömrəsi tələb olunmadı qeydiyyat zamanı və mən də qeyd etmədim buna görə, qeydiyyat təsdiqləndi və profil fotosu yükləməmişdim, şəkilsiz qaldı əvvəlcə. Sonra hesabdan çıxdım, sonradan daxil olub məlumatlarımı tamamlayacaqdım, həmçinin profil şəkli də yükləyəcəkdim.
Biraz əvvəl “Facebook Lite” aplikasiyası ilə hesabıma daxil olmaq istədim amma bu dəfə telefon nömrəsi tələb olundu və mən də nömrəmi yazıb davam etə kliklədim və telefonuma təsdiq kodu gəldi, bu dəfə həmin kodu yazıb davam etmək istəyəndə profil şəkili tələb olundu, hesab açılmadan.
Sonra aplikasiyada yox notebook-da yoxladım, yenə E-mail adresimi və parolumu yazıb hesabıma daxil olmaq istəyəndə, burda da profil şəkili tələb olundu, mən də notbukdakı fayldan şəkil seçmək istəyəndə səhvən qohumun şəklinə vurub təsdiqləmişəm, təsdiqləndiyi qeyd olundu və hesabdan avtomatik çıxıldı.
Sonradan yenə notbukda e-mail və prolumu yazıb hesabıma baxmaq istəyəndə, hesab açılmır, ekranda tünd göy rəngli fonun üstündə qalxan var onun da ortasında açar şəkli var.
Bu göy rəngin aşağısında yazılıb, “You Can’t Use Facebook Right Now
We’re reviewing the photo you sent us on 04 Yanvar. We’re always looking out for your security, so until then you won’t be able to use Facebook.”
Yəni tərcüməsi belədir ki, Facebook-u indi istifadə edə bilmərsiz, 4 yanvar tarixində göndərdiyiniz şəkili nəzərdən keçiririk. Həmişə təhlükəsizliyinizə baxırıq, o zamana qədər facebook-u istifadə edə bilməyəcəksiniz.
Bilmək istəyirəm ki, o zamana qədər deyəndə, nə qədər zamandan söhbət gedir? Nə vaxta açılar profilim, həm telefon nömrəmi təsdiqləmişəm həm də səhvən qohumun şəklini seçmişəm fayldan və yükləmişəm. Buna görə hesabım tez açılsın istəyirəm ki profil şəklimi tez dəyişim. Hesabımın nə vaxt açılacağını bilmirəm, məndən xəbərsiz açılacaq yəni, təsdiq tələb etmədən?
Xahiş edirəm bilənlər cavab yazın, vacibdir.
Təşəkkürlər
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Təsüfki bunu heçkim dəqiq vaxtını deyə bilməz. Ortalama 1-2 həftə maksimum 1 ay ərzində yoxlanılır.
0
Salam. Cavab üçün təşəkkür, mənim bu problemlə bağlı facebook-a yazmaq üçün E-mail adresi var?
Yəni oxuyub cavab verdikləri E-mail adresi var?
Bilirsizsə yazardız zəhmət olmasa.
Sual verin
Cavab verin