Salam. Mən bir dəfə Google AD kayıt oldum. Reklam yazdım. Sonra 5-6 aydan sonra gördüm ki, 36 dollar pul var elə bildim ki, mənə pul gəlib. Nəsə kartımdada 10 dollar vardı. Girdim kart ekledim kodunu yazdım limitidə 1 dollar yazdım baxdım ki, nə 10 dolları çəkibdir. Sonrada hər həftə gmailimə belə mail atırlar. Bu gündə yazıb ki, son səni məhkəməyə verəcəyik. Nə bilim dava açılasıdı.
İndi bilmək istəyirəm ki, bu düzdür yoxsa yalandan mesaj gəlir. Elə deyirlər gəl 27 dollarını ödə!
Bilmək istəyirəm ki, bu həqiqidir yoxsa yalandandır?
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Salam. Bir şeyə başlamadan əvvəl onu araşdırmaq lazımdır.
Google Ad nədir? Bu adda heç bir şey yoxdur.
Google Adwords və ya yeni adı ilə Google Ads var – burada siz pul verirsiniz reklam üçün, sizə pul vermirlər.
Google Adsense var – burada isə reklam partnyoru olsanız pul qazana bilirsiniz.
Sizə gələn email isə heç birindən gələnə oxşamır – internet dələduzların göndərdiyi fırıldaqçı emailidir. Pulu da bunlara vermisinizsə, çox güman ki dələduzların əlinə keçib kartınız və məsləhətdir ki kartınıza pul qoymayın, öncə kartın PİN kodunu banka gedərək dəyişin və bir daha da bu email yazanlarla cavab verməyin.
Sual verin
Cavab verin