Mənim telefonumda SD kart 16 GB yaddaşa malik yaddaş kartı var. Bu günə kimi problemsiz işləyib. Sandisk firmasınındı. Originaldı. Təxminən bir iki gündür ki problem yaranıb. Problemin nə səbəbdən yarandığını bilmirəm.
Deməli belə:. Yaddaşda. Göstərir ki 8,6 GB boş yer var. Amma mən o boş yaddaşdan istifadə eləyə bilmirəm. Hər hansı bir şəkil yaxud faylı karta köçürtmək istəyəndə yazılır ki mümkün deyil. Yaxdudda yaddaş doludur. Halbuki yaddaşın yarısı boşdur. Telefonda karta format verdim. Yazıldı ki format olundu. Amma baxıram ki olunmayıb. Əvvəlki kimidi. Kartı kompyutere qoşub ordanda format verdim. Yenə içindəkilər silinmədi. Çox xaiş edirəm mənə köməklik göstərərdiniz. Mən necə eləyim ki bu həll olsun? Öncədən təşəəkkür edirəm.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Salam. Bu problem mənim də başıma gəlmişdi. Mənim SD kartım vardı 4GB format edirdim, yazılırdı ki, Format Olundu. Amma baxırdım ki, yenə əvvəlki vəziyyətdir. Sizə bir video linki göndərəcəyəm. Oradan baxın. Mən etdim alındı ümid edirəm sizdədə bu işə yarayar:
https://www.youtube.com/watch?v=i9GIxSi97MM
1
Çox güman kart yalnız oxunma halına düşüb. Deyilənə görə, kartda problem yarananda içindəki faylların itməməsi üçün elə olur, düzəltmək mümkün deyil. Məndə də 16 gb Sandisk kartım elə olmuşdu. Hər cür proqramla format etdim xeyri olmadı. Sonra kart tamam xarab oldu. Sandiskə mail yazdım 64 gb-lıq yeni kart göndərdilər. Köhnələrin 7 il, təzələrin 10 il zəmanəti olur.
Sual verin
Cavab verin