Azərbaycan Bank kartının xarici dövlətdə istifadə qaydaları

Salam… Mən yeni kart açdırmaq istəyirəm adıma, amma bilmirəm hansı banka müraciət edim…Mənə lazım olan şeylər bu olacağ ki, mən Tbilisidə Gürcüstan dövlət bankından və ya başqa banklardan həmin kartdan ATM dən pul çıxardan zaman həm məzənnə sərf etsin mənim üçün, həm də faiz çıxmasım, çıxsa da az çıxsın. Və mağazalarda kartla ödəniş daha çox edirəm… Mənə NFC ilə çalışan bank kartı lazımdı. Yəni, ödəniş edən zaman PİN kod falan tələb etməsin.. Və son sualım, şəxsi bank kartımnan(hələ müəyyənləşdirməmişəm hansı banka məxsus olan bank kartı alacam) gürcüstanda adıma aldığım dövlət bank kartına pul köçürməsi etdikdə(Manatdan Lariyə) faiz tutulurmu? əgər tutulursa, bu köçürmə mənə sərf edəcək ya yox?

Təşəkkür


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(13:56, 30/01/2019 ) #74103

Mən yeni kart açdırmaq istəyirəm adıma, amma bilmirəm hansı banka müraciət edim
istənilən banka.

Mənə lazım olan şeylər bu olacağ ki, mən Tbilisidə Gürcüstan dövlət bankından və ya başqa banklardan həmin kartdan ATM dən pul çıxardan zaman həm məzənnə sərf etsin mənim üçün, həm də faiz çıxmasım, çıxsa da az çıxsın.

faiz hamısında eynidir və heç də az deyil. rahatca 2-3% tutacağını indidən gözə alın. bu bankdan banka dəyişmir xaricdə olduqda.
məzənnə – USD ilə açın, ən az itki ehtimalı USD-də olur.

Və mağazalarda kartla ödəniş daha çox edirəm… Mənə NFC ilə çalışan bank kartı lazımdı. Yəni, ödəniş edən zaman PİN kod falan tələb etməsin..
Əksər banklarda var bu imkan, sadəcə öncədən istəyi deyirsiniz vəssalam. PİN KODla daxil etmək məsələsi isə kartdan çox POS terminaldan asılıdır. Azərbaycanda məsələn demək olar heç yerdə yoxdur, hər yerdə pin kod ilədir. Gürcüstanda isə həm pin kodi stəyən yerlər var, həm də xeyli sayda touchless ödəniş qəbul edənlər də var.

Və son sualım, şəxsi bank kartımnan(hələ müəyyənləşdirməmişəm hansı banka məxsus olan bank kartı alacam) gürcüstanda adıma aldığım dövlət bank kartına pul köçürməsi etdikdə(Manatdan Lariyə) faiz tutulurmu? əgər tutulursa, bu köçürmə mənə sərf edəcək ya yox?
Bu heç mümkün deyil. Kartdan xarici hesaba köçürmə ancaq qaba yolla mümkündür, ya ATM-də, ya da birbaşa bankın içində operatorun köməyilə pulu kartdan çəkib oradakı hesaba yatırmaq. Yerli prosessinq mərkəzlərində bizdə bu imkan yoxdur. Amma yenə də, hər ehtimala qarşı soruşa bilərsiniz, bəlkə hansısa xüsusi halda hansısa bank bu imkanı aktivləşdirə bilər – visa və ya master üzərindən beynəlxalq card köçürməsi – şəxsən mən inanmıram ki bu alına bizim banklarda.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:14, 31/01/2019 ) #74122

ətraflı məlumata görə təşəkkürlər!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:09, 02/02/2019 ) #74154

Və son sualım, şəxsi bank kartımnan(hələ müəyyənləşdirməmişəm hansı banka məxsus olan bank kartı alacam) gürcüstanda adıma aldığım dövlət bank kartına pul köçürməsi etdikdə(Manatdan Lariyə) faiz tutulurmu? əgər tutulursa, bu köçürmə mənə sərf edəcək ya yox?

Məsələn, Mən BankRespublikadan istifadə edirəm. Bankim.az saytı ilə də qeydiyyatdan keçmişəm ki, hansı ki, bu BR-nın internet bankinq xidmətləridir. Burada indi baxıram ki, plastik karta köçürmə vardır və qarşısında, “istənilən bank” yazılıb. Dəqiq deyə bilmərəm ki, bu sırf azərbaycandaxili kartlar üçün nəzərdə tutulub.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (9 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (7 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (8 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (8 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (8 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (20 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (21 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (21 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024