Azərbaycan Bank kartının xarici dövlətdə istifadə qaydaları

Salam... Mən yeni kart açdırmaq istəyirəm adıma, amma bilmirəm hansı banka müraciət edim...Mənə lazım olan şeylər bu olacağ ki, mən Tbilisidə Gürcüstan dövlət bankından və ya başqa banklardan həmin kartdan ATM dən pul çıxardan zaman həm məzənnə sərf etsin mənim üçün, həm də faiz çıxmasım, çıxsa da az çıxsın. Və mağazalarda kartla ödəniş daha çox edirəm... Mənə NFC ilə çalışan bank kartı lazımdı. Yəni, ödəniş edən zaman PİN kod falan tələb etməsin.. Və son sualım, şəxsi bank kartımnan(hələ müəyyənləşdirməmişəm hansı banka məxsus olan bank kartı alacam) gürcüstanda adıma aldığım dövlət bank kartına pul köçürməsi etdikdə(Manatdan Lariyə) faiz tutulurmu? əgər tutulursa, bu köçürmə mənə sərf edəcək ya yox? Təşəkkür

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

niftaliyev (2019-02-02 20:09:11)
Və son sualım, şəxsi bank kartımnan(hələ müəyyənləşdirməmişəm hansı banka məxsus olan bank kartı alacam) gürcüstanda adıma aldığım dövlət bank kartına pul köçürməsi etdikdə(Manatdan Lariyə) faiz tutulurmu? əgər tutulursa, bu köçürmə mənə sərf edəcək ya yox? Məsələn, Mən BankRespublikadan istifadə edirəm. Bankim.az saytı ilə də qeydiyyatdan keçmişəm ki, hansı ki, bu BR-nın internet bankinq xidmətləridir. Burada indi baxıram ki, plastik karta köçürmə vardır və qarşısında, "istənilən bank" yazılıb. Dəqiq deyə bilmərəm ki, bu sırf azərbaycandaxili kartlar üçün nəzərdə tutulub.

Pr0graMMeR ELviN (2019-01-31 01:14:28)
ətraflı məlumata görə təşəkkürlər!

E. Hacı (2019-01-30 13:56:28)
Mən yeni kart açdırmaq istəyirəm adıma, amma bilmirəm hansı banka müraciət edim istənilən banka. Mənə lazım olan şeylər bu olacağ ki, mən Tbilisidə Gürcüstan dövlət bankından və ya başqa banklardan həmin kartdan ATM dən pul çıxardan zaman həm məzənnə sərf etsin mənim üçün, həm də faiz çıxmasım, çıxsa da az çıxsın. faiz hamısında eynidir və heç də az deyil. rahatca 2-3% tutacağını indidən gözə alın. bu bankdan banka dəyişmir xaricdə olduqda. məzənnə - USD ilə açın, ən az itki ehtimalı USD-də olur. Və mağazalarda kartla ödəniş daha çox edirəm… Mənə NFC ilə çalışan bank kartı lazımdı. Yəni, ödəniş edən zaman PİN kod falan tələb etməsin.. Əksər banklarda var bu imkan, sadəcə öncədən istəyi deyirsiniz vəssalam. PİN KODla daxil etmək məsələsi isə kartdan çox POS terminaldan asılıdır. Azərbaycanda məsələn demək olar heç yerdə yoxdur, hər yerdə pin kod ilədir. Gürcüstanda isə həm pin kodi stəyən yerlər var, həm də xeyli sayda touchless ödəniş qəbul edənlər də var. Və son sualım, şəxsi bank kartımnan(hələ müəyyənləşdirməmişəm hansı banka məxsus olan bank kartı alacam) gürcüstanda adıma aldığım dövlət bank kartına pul köçürməsi etdikdə(Manatdan Lariyə) faiz tutulurmu? əgər tutulursa, bu köçürmə mənə sərf edəcək ya yox? Bu heç mümkün deyil. Kartdan xarici hesaba köçürmə ancaq qaba yolla mümkündür, ya ATM-də, ya da birbaşa bankın içində operatorun köməyilə pulu kartdan çəkib oradakı hesaba yatırmaq. Yerli prosessinq mərkəzlərində bizdə bu imkan yoxdur. Amma yenə də, hər ehtimala qarşı soruşa bilərsiniz, bəlkə hansısa xüsusi halda hansısa bank bu imkanı aktivləşdirə bilər - visa və ya master üzərindən beynəlxalq card köçürməsi - şəxsən mən inanmıram ki bu alına bizim banklarda.