vhatsapp haqqında, telefon uzaqdan silmə

salam.birinci sualim beledi:
mən vhatsapp plus işlədirəm mesajları nüsxələmirəm. bilməy istəyirəm ki sildiyim mesajları sonra necə qaytara bilərəm? birdə əgər vhatsappda hesabı silmişəmsə sonradan qaytarmaq olarmı mesajları?
ikinci sualim:
belə birşey var “uzaqdan silmə” . Telefonum başqasının əlinə keçib və mən eposta adresimlə həmin funksiyani yerinə yetirirəm. komputerlə internetdən telefonumu tapıram eposta /mail.ru/ adresiylə uzaqdan silmə əməliyyatın yerinə yetirirəm. sildikdən sona yenidən eposta adresimi yazarkən telefonumu tapa bilmirəm. bilən varmı bunu edərkən dogurdanda telefon sıfırlanır yoxsa yox? hal hazırda da telefon özümdə olmadıgı üçün bilmirəm silindi yoxsa yoxş


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(18:19, 03/02/2019 ) #74165

1. Whatsapp istifadə edib, mesajları bulud sisteminə (Google Drive) nüsxələməsəniz belə, mesajlarınız .crypt faylına nüsxələnir (local).
Əgər votsapı silsəniz belə, faylları silməsəniz mesajlarınızın nüsxəsi qalacaq. Amma oxuna bilməz, çünki .crypt12 faylı decrypt edilə bilməz. Eyni qovluğu saxlayıb, eyni votsapı yükləsəniz (WhatsApp plus’da qovluq adları fərqlənir deyə, original votsap nüsxəni tapmır və özünə yeni qovluq yaradır), eyni nömrəni daxil edərək mesajlarınızı bərpa edə bilərsiniz.
Amma burada bir məsələ var ki, whatsapp’ın modded versiyalarını istifadə etmək təhlükəlidir. Çünki bu versiyalarda telefonu root etmədən belə key faylını götürmək olur. Yəni belə desək, kimsə telefonunuzu siz 5 dəqiqəlik gedəndə əlinə alıb, votsapa məxsus databases qovluğunu və key faylını özünə köçürüb, rahatlıqla mesajlarınızı oxuya bilər.
2. Find my device funksiyasından istifadə edib, telefonunuzu tapırsınız, bir şərtlə ki, internetə qoşulmuş olsun. Əgər burada telefonu sıfırlasanız, fayllar silinəcək, amma google hesabınız qalacaq. Telefon yenidən internetə qoşulduqda, telefonunuzu tapan, oğurlayan şəxs onu aça bilməyəcək (toolsuz), çünki ondan Google hesabını daxil edilməsi tələb olunacaq. Faylları qaytarmağa gəldikdə, istənilən format olunmuş cihazdan müəyyən əməliyyatlarla faylları restore etmək mümkündür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:09, 03/02/2019 ) #74166

    çox sag olun. bəli find my device funksiyasından istifadə etmişəm. internetə baglı idi və telefonum haqqında hərşey görünürdü /batareya, xeritədə harda olduğu, imei/ düz göstərirdi , sildikdən sonra bağlanmadı telefona. ondan əvvəl bəzi proqramlarım var onlara gmaillə baglanmışdım və şəxsi məlumatlarım var idi,find my device-dən əvvəl gmail şifrəni dəyişmişdim. əgər telefon həmin funksiyayla sıfırlanıbsa restore etmək deyirsize olur dediyim proqramlar həmin gmail hesabından çixarda yəqin ki elə? bəzi şəxsi məlumatlarım var onlara görə narahatam gmail parol dəyişilibsə o proqramlar restore ediləndən sonra yenidən mənim gmail hesabıma baglana bilməzki fikrimcə yoxsa bağlana bilər?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:30, 03/02/2019 ) #74167

      Mobil telefondan silinmiş faylları recover etmək asan məsələ deyil. Əgər telefonda Android versiyası 5.1 və üzəridirsə, telefon həmin gmail hesabına lock olur. FRP lock adlanır bu. Yəni siz find my device’dan telefonu kilidləyəndə, telefonun ekran parolunu bilən də aça bilmir, çünki google accountu ilə təsdiqləmək lazım gəlir ki, telefonum artıq məndədir. Gmail parolunu dəyişmənin bir fərqi yoxdur, həmin telefon, həmin akkounta bağlıdır, frp lock, icloud kimi düşünə bilərsiz, düzdür bunun sındırılması daha asandır, amma dolayı yollarla olur. Amma gərək ki, erase data etməzdiniz, sadəcə lock edərdiniz.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:48, 03/02/2019 ) #74168

Telefonun androidi 7dir.Samsung j7neo-du. Telefonum da oğurlanmayıb bilirəm kimdədir sadəcə alınması mümkün deyil bəzi səbəblərdən. Qaytarilmasını da istəmirəm sadəcə mənə lazım idi ki mənə aid olan bilgilər. məs;bəzi proqramlar var idi ki orda mənə aid olan bəzi şeyləri qeyd etmişdim və birdə vhatsapp yazışmalarım falan hərşey qalıb telefonda. Onların silinməyini istəyirdim. Onda çox güman ki silinməyib onlar, bəs bildiyiniz bir üsul varmı? bir yolu varmı accauntu sıfırlamaq format eləməy ya da telefonu sıfırlamaq üçün nə edə bilərəm? Çox vacibdi onların silinməyi bildiyiniz bir üsul varsa xahiş edirəm köməy edərdiz. həyat memat məsələsidi)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:01, 03/02/2019 ) #74169

    Xeyr, silinib. Mən bərpa prosesinin çətin olduğunu yazmışam. Sizə sadəcə silinməyi lazımdırsa, silinib artıq. Siz find my device’dan erase data edəndə hər şey silinir, təkcə gmail akkountu qalır, onu da şifrəni bilməyən adam aça bilməz. Əgər dolayı yolla açılsa, onda həmin gmail qaldırılmış olur, telefon da sıfırlanmış vəziyyətdə, yeni alınmış kimi.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:44, 03/02/2019 ) #74170

həə nə yaxşi oldu bu. çox sag olun. Allah razı olsun sizdən. Ürəyimə rahatlıq gəldi biraz sayənizdə;)
Təşəkkürlər ətraflı cavab üçün

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (1 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (7 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (7 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024