Gmail poçtumla microsoft hesab açdım, lakin microsoft hesabda gmail hesab kimi göstərilir

Salam. Başlıqda qarışıq yazmış ola bilərəm. İzah edə bilmədim tam olaraq. Məsələ burasındadır ki, mən o vaxt nəyə isə lazım idi deyə, microsoft poçt hesabı açdım özümə. Qeydiyyatda mail ünvan tələb edirdi, mən gmail poçtumu daxil etdim, indi profile baxıram, sonu @outlook və s. deyil, elə @gmail.com hesabımdır. Başa düşmürəm ki bu niyə belədir, axı gmail hesabıma gələn məktublar heç bu hesaba gəlmir, üstəlik gmail ilə qeydiyyatdan keçdiyim skype adresim var, o bildirişlər də microsoft mail-də sağ yuxarı bölmədə əks olunur, kimlər zəng etdi, kimlərə zəng etdim və s. Bu niyə belədir ? başqa poçt üçün bir başqa poçtu istifadə etmək kimi birşey oldu bu. Bunun geniş izahatını zəhmət olmasa verərdiniz. Gmail hesabımda açdığım skype hesabımdakı bildirişlər niyə microsoft hesabda var ? Təşəkkürlər


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(17:30, 09/02/2019 ) #74216

qeyd edim ki. microsoft hesabdan bir başqa ünvana yolladığım məktub gmail hesabdan gəlirmiş kimi göstərilir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:28, 10/02/2019 ) #74219

    Ele olmalidirda, hansi email isledilir o adlada gedir basqalarna.
    Microsoftun ozunden de acanda @hotmail.com ve ya @outlook kimi gorsedir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:40, 10/02/2019 ) #74224

      Bu aydındır, lakin mesaj qəbul edən tərəf, mesajı cavablandıranda outlook-a yox, gmail hesaba gəlir mesaj. Bir də ki, Skype barədə fikriniz nədir ?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:48, 10/02/2019 ) #74225

      Gmail hesab gelir cunki gmail emaildir. Onun fergi yoxdur hara gelir. Siz sadece mektublari Gmailde oxuyursuz. Mesajlar Microsofta gele bilmez cunki sizin emailiniz onlara aid deyil.
      Saky barede ne deyim, bir vaxtlar populyar idi. Indi whatsap, viber proqramlari cixandan sonra elede islenen deyil. Sadece basqa olkede yasayan qoxumlarla ve ya televizayada canli baglanti ucun istifade olunur.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:23, 11/02/2019 ) #74227

Outlook ilə Microsoft hesab başqa şeylərdir.
Gmail ilə Google hesab başqa şeylərdir.

Gmail olmadan Google hesab yaratmaq olar.
Outlook olmadan Microsoft hesab yaratmaq olar.

Bu zaman sizə müvafiq xidmətlərdən istifadə imkanı verilir, sadəcə siz öz mövcud emailinizlə bağlanırsız o hesablara.
Hesab yaradan zaman hər zaman sizə öz emaillərini də yaratmağı təklif edirlər bu şirkətlər, siz imtina edib öz başqa emailinizi yazmaqla bildirirsiz ki mənə email lazım deyil, sadəcə hesab lazımdır.

Odur ki, fikrimcə, burada qaranlıq qalan heç nə yoxdur. Microsoft account açmısınız, email olaraq da gmaili göstərməklə. Ona görə də sizə outlooka aid heç bir şey təqdim edilməyib. Hər halda gözləmirdiniz ki, outlook interfeysi ilə gmaildən istifadə imkanı versinlər sizə

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:14, 17/02/2019 ) #74286

    Düz qeyd etdiniz son cümləni, belə gözləmirdim. Həm də bir qədər çaşdırıcıdır axı, microsoft, outlook a giriş və s. Bİr də, məni çaşdıran skype hesabımdakı bildirişlər niyə microsoftda göstərilir, bu barədə nə isə deyə bilərsiniz ? gmail çoxdan var idi və mail kimi onu qeyd etmişdim, microsoft həmin mail dən istifadə etdiyimi təsbitləyib göstərir belə çıxır ki ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (02:15, 17/02/2019 ) #74287

      Mən əgər microsoft-a aid hər şeyi silsəm, skype da silinəcək ? halbuki skype daha öncə aidiyyatsız açmışdım.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (18 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024