“Alibaba.com” Veb saytından məhsul aldıqda Vergi (Rüsum) tutulur?

Salam, zəhmət olmasa aşağıdakı 2 sualı cavablandırardınız mümkünsə.

1. Mən “Alibaba.com” Veb saytından Elektrotexnika ilə bağlı olmayan məhsul almaq istəyirəm, məhsulu aldıqda hər hansısa bir Vergi (Rüsum) tutulacaq, əgər tutulacaqsa neçə % (faiz) tutulacaq?

Təkcə 10-15 ədəd az məhsul alacam, yəni Sifarişim sayı tam 10-15 ədəd az olacaq.

2. Əgər Vergi (Rüsum) tutulacaqsa məhsulu hansı Karqo növü ilə Sifariş etsəm Vergi (Rüsum) tutulmaz?
a) “Azərpoçt”
b) “Camex, Aramex”

Aşağıda Sifariş edəcəyəm məhsullardan bir neçəsini qeyd etdim zəhmət olmasa baxardınız.
1. https://bit.ly/2UPXr4s
2. https://bit.ly/2DtODtU
3. https://bit.ly/2GjB0Bn
4. https://bit.ly/2N40OlO


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(16:26, 11/02/2019 ) #74229

1. Hamsı bir yerdə 1000$dan aşağıdırsa, eyni maldan 2 ədəddən çox deyilsə, ticari məqsədli deyilsə, heç bir şey tutulmayacaq.
Yox əgər bu şərtlərdən biri pozulursa və ya alınan mal aşkar olaraq bildirir ki, bu mal ticarət üçündür, o halda cəm dəyərin 36%i qədər rüsum tutulur.

2. elə bir şey yoxdur, hansı ilə gətirsəz də fərq etmir, eyni yerdə yoxlanışdan keçir hamısı.

Nümunələrə gəldikdə – bunlar çoxu xırda xuruş şeylərdir deyə inanmıram ki sayı 10-15 olsa belə saxlayalar. Sadəcə bu ehtimaldır, saxlaya da bilərlər saxlamaya da. Bu yoxlayan şəxsin düşüncəsinə bağlıdır.
Məntiq sadədir – məhsulun sayı və nə olduğuna baxır yoxlayan işçi, əgər ona məntiqli görünürsə ki bu sayda və bu növdə olan mal ticari məqsədlidir, saxlayır. Yox əgər şəxsi məqsədli hesab edirsə və ya çox ucuz şeydir hesab edirsə, o halda buraxır. Gün ərzində də minlərlə mal gəlir deyə, oturub üzərində baş sındırmır əlbəttə. Çevik baxıb qərar verilir ki, bu malı buraxaq yoxsa saxlayaq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:25, 11/02/2019 ) #74233

    Cavabınız üçün çox sağolun.

    (Yuxarıda 3. və 4. sual kimi bu sualı verməyi unutdum, zəhmət olmasa cavablayardınız mümkünsə)

    3. Mən həmin qeyd etdiyim “Alibaba.com” Veb saytdan Min və Max neçə KQ məhsul sifariş verə bilərəm “Azərpoçt” ilə?

    4. Məhsulun dəyəri 1000$-dan yuxarı olduqda və bununla yanaşı ticari məqsədli olduqda onda cəmi 72% Rüsum tutulacaq?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:49, 11/02/2019 ) #74236

#E. Hacı

Qeyd etdiyim 3. və 4. suallarımı cavablandırardınız mümkünsə.

(Bu sualları digər Qruplardan öyrənə bilməmişdim ona görə bura müraciət etdim, bu mövzu ilə bağlı son suallarımdır)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:59, 11/02/2019 ) #74237

    3. Kiloqram məhdudiyyəti yoxdur normal məqbul, əllə daşına bilən çəkidən gedirsə söhbət. Yuxarı çəkilər üçün isə sadəcə olaraq poçta zəng edib asanlıqla istədiyiniz suala cavab alın.

    4. Xeyr, ticari məqsəd olduqda 1000$ söhbəti tam bağlanır və 36% tətbiq edilir tam məbləğə. Yəni 72% heç bir halda olmur.
    Şəxsi məqsəd olanda 1000-dən artıq hissənin 36%-i,
    yox, ticari məqsəd olanda bütün məbləğin 36%-i.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:40, 11/02/2019 ) #74238

Təşəkkürlər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024