Şiddətli töhmət haqqında məlumat

keçən tədris ili imtahanda köçürmə eləmişəm video müşahidə aparan nəzarətçilər köçürdüyümü görüb məni imtahandan xaric etdilər. Mən köçürmənin nə demək olduğunu nə kimi cəzalara məruz qalacağımı bilmədən etmişəm. Bu hadisədən valideynlərimin xəbəri yoxdu , çünki anam eşitsə ki belə
bir şey eləmişəm və buna görə başıma nə oyunlar gəlib qorxuram ki xəstə canı daha dözə bilməyə. Alt qrup üçün ikiqat ödəniş tələb edidirlər məndən 400 azn məbləğində olan bu pulun bir hissəsini dərslərdən sonra offisant kimi işləyib digər hissəsini isə qəpiy qəpiyin üstünə qoyub yığmışam indi də deyirlər ki , yazılan şiddətli töhmət diploma əlavə olunacaq tamam pis vəziyyətdə qalmışam. Kimsə deyə bilər bu töhməti qanunla sildirməyin bir yolu var mı? Sildirmək mümkün deyilsə nə kimi fəsadlar doğura bilər.? Xahiş edirəm məlumatı olanlar fikir bildirsin olmayanlarda təsəlli verə bilər çünki çox pis vəziyyətdəyəm demək olar ki, hər gecə yuxularımı qatıram nə qədər yaxşı olar desəm də dərslərimə fikir verməyə çalışsamda bir xeyri olmur hadisənin üstündən 1il keçsədə hələ ilk gün ki sitresdəyəm


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(09:06, 18/02/2019 ) #74296

Əsas əlbəttə ki bilikdir. İşə götürəndə əsas biliyə ütünlük verilir. Diplom da ki verilirsə problem yoxdu. İşə götürəndə soruşsalar bu nə töhmətdi, izah eliyərsiz ki imtahanda köçürtmüşdüm vəssalam. Məncə burda problem olunası və ya da stressə səbəb olacaq bir şey yoxdur.
Əsas yenə təkrar eliyirəm: bilik, bilik, yenə də bilik.
Amerikada ümumiyyətlə diplom zad soruşan yoxdur. İşə götürəndə soruşurlar nə bacarığın var?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:38, 18/02/2019 ) #74297

narahatlığa əsas yoxdur, yersiz stresdir, unudun bu məsələni və bir daha da köçürmə etməyin. gerisi yaxşı olacaq, töhmət zad önəmli şey deyil diplomda.
Töhmətin önəmi ondadır ki, iki dəfə şiddətli töhmət olanda universitetdən qovulma olur, yəni futboldakı sarı kart-qırmızı kart kimi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:13, 18/02/2019 ) #74303

Unudun getsin fikir vermiyin

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:20, 19/02/2019 ) #74306

Əgər töhmət almısızsa bu sizin şəxsi işinizə yazılacaq. Yəni universitetdəki papkaya tikiləcək. Diploma heç bir halda töhmət yazıla bilməz. Çünki diplomu universitet vermir. Təhsil Nazirliyi verir və diplomda töhmət yazılacaq bir bölmə yoxdur. Şəxsi məlumatlar və ixtisas qeyd olunur.
Mən özüm universitetdə işləyirəm ona görə əminliklə deyirəm. Narahat olmağa dəyməz 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:32, 19/02/2019 ) #74316

    Çox sağolun , minnətdaram

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:39, 20/02/2019 ) #74331

      Buyurun. Uğurlar sizə.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(05:42, 27/02/2019 ) #74416

Yoldaşlar dediyi kimi, töhməti yazıb saxlasınlar özlərinə, arada xatirə kağızı kimi baxarlar. Öz təcrübəmi deyim ki, ümumiyyətlə iş üçün indiyə kimi hələ heç kəs diplomumu vərəqləməyib. Bir dəfə maqistr diplomumun mövzusunu soruşublar, vəssalam. Zatən, diplom və qiymət cədvəlində universitetin ürək sözləri üçün yer olmadığına görə, rahat olun. Sağ-salamat diplomu alın, bir müddətdən sonra çox da faydalı olmayan bir şey olduğunu görəcəksiniz. Ona görə də, ümumiyyətlə düşünməyə dəyməz, o ki qaldı stres.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (1 gün əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (3 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (7 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (8 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (11 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (12 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (12 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (12 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (12 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (12 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (13 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (13 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (24 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23237 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024