Şiddətli töhmət haqqında məlumat

keçən tədris ili imtahanda köçürmə eləmişəm video müşahidə aparan nəzarətçilər köçürdüyümü görüb məni imtahandan xaric etdilər. Mən köçürmənin nə demək olduğunu nə kimi cəzalara məruz qalacağımı bilmədən etmişəm. Bu hadisədən valideynlərimin xəbəri yoxdu , çünki anam eşitsə ki belə bir şey eləmişəm və buna görə başıma nə oyunlar gəlib qorxuram ki xəstə canı daha dözə bilməyə. Alt qrup üçün ikiqat ödəniş tələb edidirlər məndən 400 azn məbləğində olan bu pulun bir hissəsini dərslərdən sonra offisant kimi işləyib digər hissəsini isə qəpiy qəpiyin üstünə qoyub yığmışam indi də deyirlər ki , yazılan şiddətli töhmət diploma əlavə olunacaq tamam pis vəziyyətdə qalmışam. Kimsə deyə bilər bu töhməti qanunla sildirməyin bir yolu var mı? Sildirmək mümkün deyilsə nə kimi fəsadlar doğura bilər.? Xahiş edirəm məlumatı olanlar fikir bildirsin olmayanlarda təsəlli verə bilər çünki çox pis vəziyyətdəyəm demək olar ki, hər gecə yuxularımı qatıram nə qədər yaxşı olar desəm də dərslərimə fikir verməyə çalışsamda bir xeyri olmur hadisənin üstündən 1il keçsədə hələ ilk gün ki sitresdəyəm

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

niftaliyev (2019-02-27 05:42:05)
Yoldaşlar dediyi kimi, töhməti yazıb saxlasınlar özlərinə, arada xatirə kağızı kimi baxarlar. Öz təcrübəmi deyim ki, ümumiyyətlə iş üçün indiyə kimi hələ heç kəs diplomumu vərəqləməyib. Bir dəfə maqistr diplomumun mövzusunu soruşublar, vəssalam. Zatən, diplom və qiymət cədvəlində universitetin ürək sözləri üçün yer olmadığına görə, rahat olun. Sağ-salamat diplomu alın, bir müddətdən sonra çox da faydalı olmayan bir şey olduğunu görəcəksiniz. Ona görə də, ümumiyyətlə düşünməyə dəyməz, o ki qaldı stres.

Zedo (2019-02-20 16:39:49)
Buyurun. Uğurlar sizə.

Sessiz adam (2019-02-19 20:32:01)
Çox sağolun , minnətdaram

Zedo (2019-02-19 14:20:48)
Əgər töhmət almısızsa bu sizin şəxsi işinizə yazılacaq. Yəni universitetdəki papkaya tikiləcək. Diploma heç bir halda töhmət yazıla bilməz. Çünki diplomu universitet vermir. Təhsil Nazirliyi verir və diplomda töhmət yazılacaq bir bölmə yoxdur. Şəxsi məlumatlar və ixtisas qeyd olunur. Mən özüm universitetdə işləyirəm ona görə əminliklə deyirəm. Narahat olmağa dəyməz :)

Şükür Hüseynov (2019-02-18 15:13:47)
Unudun getsin fikir vermiyin

Software Developer (2019-02-18 09:38:03)
narahatlığa əsas yoxdur, yersiz stresdir, unudun bu məsələni və bir daha da köçürmə etməyin. gerisi yaxşı olacaq, töhmət zad önəmli şey deyil diplomda. Töhmətin önəmi ondadır ki, iki dəfə şiddətli töhmət olanda universitetdən qovulma olur, yəni futboldakı sarı kart-qırmızı kart kimi.

ahmed (2019-02-18 09:06:30)
Əsas əlbəttə ki bilikdir. İşə götürəndə əsas biliyə ütünlük verilir. Diplom da ki verilirsə problem yoxdu. İşə götürəndə soruşsalar bu nə töhmətdi, izah eliyərsiz ki imtahanda köçürtmüşdüm vəssalam. Məncə burda problem olunası və ya da stressə səbəb olacaq bir şey yoxdur. Əsas yenə təkrar eliyirəm: bilik, bilik, yenə də bilik. Amerikada ümumiyyətlə diplom zad soruşan yoxdur. İşə götürəndə soruşurlar nə bacarığın var?