Hərkəsə salam. Mən facebookda elan, satış səhifələrində ayrı-ayrı vaxtlarda satış barədə elanlar yerləşdirmişəm, elanların sayı hardasa100-dən artıqdı. İndi təzə elan yerləşdirmək istəyəndə deyir atıq limiti keçmisiz. Bunun üçün köhnə elanları silməyə başlayıram, amma say çox olduğu üçün bir-bir tapıb silmək çox vaxt aparır. Öz elanlarımın hamısını birdən silmək və ya elanlarda nəsə dəyişmək üçün bunun bir qısa yolu varmı?







Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Dostlar, mən özüm bir az araşdırma aparıb belə bir üsul tapdım, nisbətən rahatdı. Deməli, facedə axtarış yerinə öz profilinizin adını yazırsız axtarış verirsiz. Sonra sol tərəfdə nəticələri filtrlə hissəsində POSTS FROM-da “Sən”-in qabağına quş qoyursuz, yəni ancaq öz paylaşımlarınız gəlsin. Daha aşağıda istəyinizə uyğun olaraq hansı qruplar, yer və paylaşım vaxtlarını seçə bilərsiniz. Bir də yuxarıda axtarış sətrinin altındakı menyuda da “hamısı” və ya “yazılar” seçə bilərsiniz. Elanları silmək üçün yazılar daha uyğundu. Beləcə harda nə elan paylaşmısız hamısı gələcək. Ordan bir-bir elanları silə bilərsiniz.
Qeyd: Əgər konkret hansısa bir növ elanları silmək istəyirsinizsə onda axtarış yerində məhz həmin elanın adını yazın. Yox əgər paylaşdığınız bütün elanları (hətta öz profilinizdəki paylaşımlarınızı görmək istəyirsinizsə) o zaman sadəcə profil adınızı yaza bilərsiniz.
Kimsə fərqli və ya daha rahat yolunu bilirsə zəhmət olmasa qeyd eləsin.
Sual verin
Cavab verin