Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Vergini Bu Saytda 4%Deyirlər,Bank 10%deyir ?

Stock Video Saytında Biraz Pulum var 1 aydı qalmışam o pulu Çıxarda bilmirəm .Bu saytda oxudum 4% deyirlər Amma bankdan soruşdum 10%pul tutur buda Az faiz deil 500 manata vuran 50 manat edir az pul deil 15 20 manat olsa normaldı .Xaiş edirəm bir məsləhət verin necə edimki az pul çıxsınlar Skrill payonner başqa nə məsləhət görürsüz ?


Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(11:12, 22/03/2019 ) #74667

Qanuni yolla çıxarmaq pulu VÖEN hesaba çəkməklə olur. O halda da 2% və ya 5% (sahibkarlıq növündən asılı olaraq) vergi ödənilir sonra. Bank heç bir şey tutmur yəni bu halda, sonradan özünüz hesabat zamanı ödəyirsiniz.

10% isə qumar mərc oyunlarından tutulan standart rüsumdur. Banklara xaricdən hansısa məbləğdə pul qazanmış şəxslər gəlirlər və qəti məlumatsız olurlar sahibkarlıq nədir, vergi nədir, bank rüsumu nədir – bütün bunlar niyə var – tək bildikləri o olur ki hə mənə pul gəlib – banklar da bir çox hallarda belə şəxslərə vergini, sahibkarlığı izah etmək mümkün olmadığını anlayır deyə onların pulunu mərc, qumar , oyun gəliri adı ilə rəsmiləşdirib 10% dövlət rüsumu tutaraq verirlər.

Siz eşitdiyiniz də budur çox güman.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:00, 22/03/2019 ) #74675

    Yox Mən qumarın mərc oyunlarından uzağam.
    Hə mən Banka yazdım Zehni Satdığım məhsuldu 3d Stock videolardı.Belə yazdı (
    Xeyr, lakin buna görə də 10 % vergi tutulacaq.)Dedimki xitmet haqqı 5 .vergi 5 faizmi tutulur? Belə yazdı (Uduş gələn zaman 10% vergi tutulur. Bank tərəfindən deyil, Vergilər Nazirliyi tərəfindən)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:28, 22/03/2019 ) #74679

      Bəli, yuxarıda yazdığım cavabda mən elə bunu izah etmişəm. Əgər şəxsi hesabınıza gəlirsə pul və siz sahibkarlıq haqda məlumatlı deyilsinizsə, o halda pulu mərc, qumar, oyun uduşu kimi rəsmiləşdirirlər ki siz pulu ala biləsiniz. Əks halda pulu sizə verməyə ixtiyarları yoxdur. Çünki qazanc şəxsi hesaba gəlməməlidir, sahibkar hesabına gəlməlidir. O isə VÖEN-in bağlı olduğu hesaba deyirlər. Adi vətəndaş hesabına gələn gəliri ancaq uduş kimi rəsmiləşdirmək olar.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (05:06, 24/03/2019 ) #74698

    bəs məsələn xaricdəki qohumum köməklik üçün bank SWIFT köçürməsiylə mənə pul göndərsə. və gələn pul ümumiyyətlə gəlir olmasa?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:03, 30/03/2019 ) #74739

      o individual məsələdir, bankda durumu izah edib əlavə izahat tələb edərlərsə izah edib həll etmək olar – yəni sırf insan faktoru var bu işdə, bank işçisi hesab etsə ki, bu pul gəlir deyil, elə də rəsmiləşdirib pulu sizə tam verə bilir. Necə ki Western Union ilə filanla gələn pul gəlir hesab edilmir, normal şəkildə təqdim edilir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:25, 05/04/2019 ) #74823

    Mən vöen açdırdım Növünü Sadə elətdirdim Yenədə 10 faiz tutacaqlar? əyər 10% tutacaqlarsa başqa hansı yol var az faiz tutulası?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:53, 05/04/2019 ) #74824

      Heç kim tutmur, siz özünüz gedib hesabat verib ödəyirsiniz. Müvafiq vergi idarəsinə və ya 195 telefon xəttinə zəng edin, pulu qazanma mənbəyinizi, fəaliyyətinizi izah edin, sizə 2% və ya 5% ödəməlisiniz onu deyəcəklər (4% və 10% yoxdur hazırda, 2 və 5 var, pulu vətəndaşdan qazananlar 2% ödəyir, pulu şirkətlərə xidmət və ya satış etməklə qazananlar isə 5%)

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:52, 05/04/2019 ) #74827

    Aydın oldu çox sağol

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Oruc Mahmudov cavab verdi - Online Alış Verişdə Rayonlara Sifariş haqqında sual (7 saat əvvəl)

Oruc Mahmudov cavab verdi - Help me Aliexspress (7 saat əvvəl)

Oruc Mahmudov cavab verdi - ürünün hara çatdigini mene deye bilersiz (7 saat əvvəl)

E. Hacı cavab verdi - Ucuc və Pulsuz SSL serfilatı verən sayt varmı? (9 saat əvvəl)

Tamerlan Mammadov cavab verdi - Gömrük rüsum (21 saat əvvəl)

selef cavab verdi - Gömrük rüsum (1 gün əvvəl)

Tamerlan Mammadov cavab verdi - Webmoney nagdlaşdırma (1 gün əvvəl)

selef cavab verdi - Webmoney nagdlaşdırma (1 gün əvvəl)

Fazil Sadıqov cavab verdi - Suruculuq vesiqesi var ama etibarname yoxdu (2 gün əvvəl)

Fazil Sadıqov cavab verdi - YouTube-də kanal açmaq (2 gün əvvəl)

Jackkahve cavab verdi - Turkiye kartina pul kocurmek (3 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer üçün sərfəli banklar hansıdır? (4 gün əvvəl)

AnarTv cavab verdi - Çindən Bakıya kargo firması (4 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - Aliexpressdən(xaricdən) telefon sifarişi vermək mümkünsüz olub?! (5 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - ali express den zakaz elemisem amma gecikir (5 gün əvvəl)

Software Developer - 611 xal

E. Hacı - 603 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 426 xal

Maqa - 343 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 22041 sualdan 93%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2020