Məhsulun gömrükdə saxlanılması, gömrük və poçt ödənişləri

Salam. Rusiyadan 1 bağlama içərisində 5-6 məhsul sifariş vermişdim, mesaj gəldi ki, bağlamanız gömrük tərəfindən saxlanılıb, vəsiqənizi 28 may metrosu yaxınlığındakı poçt daşıma məntəqəsinə təqdim etməklə gömrük nəzarətindən keçdikdən sonra ala bilərsiniz. Azerpost’un saytında tracking nömrəsi ilə yoxladım və import gömrüyündə saxlanıldığı səbəb kimi də natamam göndərmə yazılıb. Bununla bağlı bir neçə sualım var idi:
1. Gömrük bağlamanı nəyə əsasən saxlayır? (Qeyd edim ki, bağlamadakı məhsulların heç biri qadağan olunmuş məhsul siyahısında yoxdur və hər birindən 1 ədəddir)
2. Bağlamanı təhvil alarkən hər hansı gömrük ödənişi etməliyəm? Məhsulların ümumi dəyəri 288 azn təşkil edir, bildiyim qədərilə ay ərzində 1000 dollara qədər məhsul sifarişində heç bir gömrük ödənişi edilmir, lakin bəzi istifadəçilərdən gömrük ödənişi tələb edildiyini oxudum, bunun doğruluğunu bilmək istəyirəm, əgər ödəniş tələb olunursa bu nəyə görədir və gömrük qanunu nəyə lazımdı?
3. Son olaraq isə bağlamanın çəkisi 7.5 kg-dır, bilmək istəyirdim ki çəki və ölçü üçün hər hansı hesablama qaydası var? Yəni öncədən bilə bilərəm ki nə qədər ödəniş etməliyəm? Çünki poçt ödənişlərində çox vax qəbz verilmir və ödəniş üçün istənilən rəqəmi deyirlər, aldadılmaq istəmirəm.
Öncədən təşəkkürlər.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(20:18, 26/03/2019 ) #74709

1. Sizin duruma uyğun analiz etsək, iki səbəbdən saxlanıla bilər. Birincisi və çox güman ki elə budur səbəb: invoys sənədin olmaması və ya natamam olması. İkincisi, aldığıniz malların şəxsi təyinat yox, iş və ya satis məqsədli mallar olması ehtimalı.(rüsumsuz buraxmaq və 1000$ limiti yalnız şəxsi təyinatlı məhsullara aiddir. Biznes təyinatlı olanda lap 1 manatlıq da olsa, rüsum ödənməlidir.

2. Səbəbdən asılidir. Əgər məqsədləri çatışmayan məlumatları doldurmaqsa, o halda rüsum odemeyeceksiniz, sadəcə sənəd göstərib alacaqsınız. Yox əgər şəxsi təyinatlı deyil bu desələr, o halda ümumi dəyərin 33% rüsumunu ödəməlisiniz.

3. Çəki və ölçü poçta aid məsələdir. Gömrüye aid olan tək hissəsi odur ki mal böyük olduqca orda hər gün saxlanc pulu da gəlir rüsumunu üstünə. odur ki nə qədər tez getsəniz o qədər az odeyeceksiniz saxlanc haqqı

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:28, 26/03/2019 ) #74713

    1. Bəs bağlamanın biznes təyinatlı və ya şəxsi olmasını necə təyin edirlər? Yəni bunun hər hansı rəsmi qaydası var mı? Yoxsa sadəcə gömrük işçisinin inanıb inanmamağından asılıdır? Nəticədə hər məhsul fərqlidi və sadəcə 1 ədəddir.
    3. Bilirəm poçt hissəsinə aiddir bu sual, elə mən də poçt üçün soruşmuşdum, yəni ki, rəsmi bir məlumat varmı bu barədə ödənişi öncədən hesablaya bilək, ən azından təxmini də olsa.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (09:37, 27/03/2019 ) #74715

      1. say, növ və.s. elə mallar var ki şəxsi təyinatlı olmur, birbaşa iş üçün olduğu bəlli məsələdir, məsələn tibbi cihaz ola bilər, hansısa mühəndislik aləti ola bilər və.s. (hamısı yox, məhz o növləri ki, evdə istifadə edilən şeylər deyil), coin miner ola bilər(hansı ki, pul qazanmaq üçündür və bu şəxsi təyinatlı sayıla bilməz) və.s.
      3. gömrük orqanının saytında bütün bunlar var. və ya telefonla zəng edib soruşmaq olar – ən əsası siz bunları burada hesabladığınız vaxt hər gün adınıza xeyli məbləğdə borc yazıla bilər, bir də gördüz ki, malın dəyərindən çox anbar saxlanc pulu toplanıb. Odur ki, hesablamaqdansa təcili gedib və malı götürün.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:32, 02/04/2019 ) #74782

      Salam. E. Hacı bəy, əgər bir maldan 2 ədəddən çox şəxsi istifadə üçün gətirmişəmsə, lakin gömrük işçiləri yenə də məndən rüsum tələb edirlərsə, nə etməli? Bu halda rüsum bütün məbləğin 36%i olur, yoxsa 2 ədəddən artıq hissənin 36%i? Zəhmət olmasa cavablandırardınız. Qanunvericiliklə bununla bağlı məlumat tapa bilmirəm.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:41, 27/03/2019 ) #74716

aydındı, çox sağolun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (2 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (12 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (12 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (12 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (12 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (17 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23296 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024