Proqramçı olmaq, karyera menecmenti

Salam dostlar.Bir müddətdir üzərində düşündüyüm bir məsələ ilə bağlı məsləhətlərinizə ehtiyyacım var.Mümkünsə orta yaşlı birilərinin fikirlərini dinləmək istərdim.Əvvəlcə özüm haqqda:

Mənim hazırda 24 yaşım var.Universiteti 2 il əvvəl bitirib ardından işləməyə başladım.Baxmayaraq ki, Azərbaycan texniki universitetinin Maşınqayırma fakultəsindən məzunam, son 2-2.5 ili rəqəmsal marketinq sferasında müxtəlif şirkətlərdə (təhsil və maliyyə sektoru) çalışaraq keçirtmişəm.İndi karyeramla bağlı ciddi yol ayrımındayam.Bu yaşdan sonra hansı seçimin mənim üçün daha faydalı ola biləcəyini təxmin etməkdə çətinlik çəkirəm.

Proqramlaşdırma ilə bağlı biliyim məktəb vaxtı öyrəndiyim az miqdarda php kodlamadan ibarətdi.O illərdə artıq proqramlaşdırmanı qavraya bilmədiyimi görüb başqa sahələrə üz tutdum.Ancaq proqramçı olmaq uşağlıq arzum idi.

İndiki vəziyyətdə işdən ayrılıb şəxsi bir biznes qurmaqla proqramlaşdırma öyrənmək arasında seçim etməliyəm.Bu illər ərzində bir az pul yığmışam, indi bilmirəm bu vəsaiti biznesə yoxsa proqramlaşdırma öyrənməyə sərf edim.Hansının daha az riskli olacağını bilmirəm.

Ümid edirəm problemimi izah edə bildim.Sizcə belə vəziyyətdə mən nə etməliyəm və yaşımıda nəzərə alsaq hansı addım daha yerində olardı.


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(14:24, 28/03/2019 ) #74728

Mən proqramist, kompüter mühəndisi deyiləm amma 12 il əvvəl universitetə qəbul olanda o sahəni istəsəm də alınmadı məndə də. Sən özün hansını da çox istəyirsənsə onun arxasıyca get deyərdim. Amma bir şeyi yaddan çıxarma ki, biznesdə risk 50/50-dir. İtirməklə qazanmaq ehtimalı eynidir, yəni yarı-yarıya. Fərz etsək ki bizim ölkədə biznes qurmaq o qədər də asan deyil, o zaman təhsilin arxasınca gedərdim mən. Hər şeyin monopoliya olduğu bir yerdə hansı biznesdən söhbət gedə bilər ki? ya çayxana, ya playstation, ya moyka ya da kiçik bir market kimi biznesin ola bilər uzaq başı. O da ya tutar ya da tutmaz. Amma təhsilə qoyulan xərc hec vaxt itmir. Ən yüksək maaş alan ixtisaslardan biri də elə kompüter mühəndisləridir. Əgər yerinə mən olsaydım yığdığım pulu özümə sərf edərdim, daha çox öyrənərdim. Onsuzda o öyrəndiklərin sayəsində sərf etdiyin pulu artıqlaması ilə qaytaracaqsan.
Məsələn bir misal çəkim. Rus dilini bilmədiyim üçün qəşəng maaşlı işi itirmişəm. Halbuki, tələbəçilikdə və yaxud sonra da əlimə düşən pulları boşa xərcləməyib dil öyrənsəydim daha karlı çıxardım.
Yəni sözümün canı odur ki, biznes qursan kiçik biznes qurmalı olacaqsan, böyüdükcə də görünməz bir əl səni geri itələyəcək. Amma öz ağlına yatırım eləsən hər zaman qazanacaqsan. Bəlkə sonra elə öz agentliyini də qura bilərsən.
Yenə də son qərar özünündür. Uğurlar, hər bir işlərində 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (11 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (13 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (15 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (18 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (20 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (20 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (20 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (22 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (23 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024