getcomposer install

əvvəllər github hansısa plugin tema script fala filan database edit liyib sql atıb qururdum. indi biri var script(bəlkə heç script deyil) çox bəyəndim ama qurulumunu edə bilmirəm. bilmədiyim tərəfi isə bu "composer" məsələsidi. saytda da axtarım nəticə yoxdu. sahibinə deyirəm belə bir sıralama atdı its basicly just 4 steps, sure there is no setup.exe but its not hard at all for a programmer who is familiar with php : 1. download code git clone https://github.com/andreas83/SocialNetwork.git 2. install and run composer https://getcomposer.org/download/ 3. Adjust config (app/config/main.cfg) 4. Download and insert DB https://raw.githubusercontent.com/andreas83/SocialNetwork/andrea/database.sql

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

amaluna (2019-03-28 12:52:23)
Özüm çalışacam eliyim ama alınmasa qiymətləndirmədən başınız çıxırsa bu 5-10 manata həll ola biləcəy bir şeydi? Birdə bu mövzüda dərslik kimi linklər verə bilərsiz? (dilin fərqi yoxdu ingilis türk rus ispan filan əsas daha aydın göstərsin)

E. Hacı (2019-03-28 12:37:55)
xeyr əlbəttə ki. composer Command Line rejiminə aid bir installerdir, əgər necə qurub istifadə edəcəyinizi bilmirsinizsə, ya bilən birinə müraciət etməli, ya da bu tapdığınız koddan vaz keçməli. putty->ssh ilə girib localda heç nə etmədən birbaşa saytda, bir papka yaradıb CD əmri ilə o papkaya daxil olub və deyilənləri orada etmək olar bəli, amma yenə deyirəm, composer və ssh rejimində işləməyi bilmədən alınması çətindir, hətta bilmədən mövcud sayta da xələl gətirmə ehtimalınız ola bilər əmrlərin yerini səhv salıb kök papkanı zədələməklə.

amaluna (2019-03-28 12:14:45)
qısaca deyim. bu işdən day bu qədər anlayışım yoxdu. yəni nəticə əldə eliyə bilərəm? dediyiniz sıralamaya əməl etsəm. godaddy hosting ssh var , youtube da "putty" deyə bir şey gördüm əlaqəni onunla edirlər. ama hələ də ağlımda qalan sual budu ki. deyirsiz local da qurub alınan faylları copy paste edin. bu local da gedən proses necə olur? youtube da gördüm ki 5-10 dəq-lik install prosesi var orda gedən əməliyyatı tək başıma çətin eliyəm. ama mümkünsə bu məsəlini daha incəliyinə qədər başa salardız bəlkə də gözümdə çox böyüdürəm.

E. Hacı (2019-03-28 09:55:04)
Hostinqde SSH imkanıniz yoxdursa, o halda localda qurub sonra alınan faylları copy paste edin hostinqe

amaluna (2019-03-27 23:38:24)
hostinglə composer arasındakı əlaqə mənə çatmır. o necə olacaq? məsələn mən composeri yüklədim sonra? cpanel-də filemanager necə daxil eliyim. cpaneldə hazır framework lər symfony filan var. bunu deməydə məqsədim odu ki composer i araşdıranda bu frameworklərlə əlaqəsinin olduğunu gördüm.

E. Hacı (2019-03-27 23:07:21)
deyilənləri edin, alınacaq. təkcə composerdə çətinlik çəkirsinizsə, sadəcə composer install edin. https://getcomposer.org/doc/00-intro.md#installation-windows

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

php də şəkil yükləmək olmur

Script satışı

Düymədə kod

htaccess faylının işləməsi üçün

Php yükləyə bilmirəm

Unicode problemi