Aws Amazon S3 1000 videoya ne qədər yazar?

Mən Vordpress saytıma video atmaq istəyrəm hostinglərdən maraqlandım çoxsuna unmetred bandvit yazıblar note-sindədə 1 ton yazı var yəniki təmiz unmetred deyil reklam üçün helə ediblər mən bilən,axırda amazon s3 məsləhət gördülər mən hardasa 5000+video atacam sayta mənə sərf edərmi?özüdə deyirlər yazanandı soçikim biridə artacaq nə qədər yazar 5000+videoya?


Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(09:50, 06/04/2019 ) #74837

YouTube ve ya vimeo filan laizmdir size . Amazon yox. Çox baha çıxacaq. Rahat 100$i keçecek aylıq. Amazon ancaq böyük ölçülərdə sərfəli olur. Hələ aşağı yeri deyirəm. Müəllif hüquqları orda da var. Başqasının videolarını atsanız blok edəcəklər oradan da. Ona gore de YouTube qala qala ora qoymaq duz deyil. Həmçinin aws hədsiz çətindir proqramlaşdırma baxımdan. Adi hostinq deyil. Faylları atmaq və idarə etmək üçün aws öyrənmək lazımdır api filan.

Belə dəqiq detallı məlumat üçün aws calculator var saytlarında, özünüz hesablaya bilərsiniz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:11, 06/04/2019 ) #74838

    Hə düz deyirsən Youtube Vime yaxşıdı bir iki sualım olacaq.
    1.Youtuba video atsam sonra kanalıma link versəm Adsense qəbul edərmi ki?İcaze necə istəyə bilərəm öz kanalımanan öz saytıma?
    2.Vime Hosting tarrifləri var Prosta bilmirəm Nə üçündü Vimeoya video atmaq üçündümü yəni ki yer almasan sayta video atmaq olmurmu .yoxsa öz saytıma hostingmi verir onu bilmirəm. linki budu bidənə xaiş edirəm baxa bilərsənmi https://vimeo.com/features/online-video-hosting

    Mən necə olmağını istəyrəm bilirsənmi düzdü video saytın özüdə olmağı biraz göynən getməkdi.heç olmasa Youtubun vimeonun üstündə olsun Amma orda video göstərməsin ancaq mənim saytımda göstərsin

    Üzürlü sayın Biraz uzun Oldu cavaba görə çox sağol

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:56, 06/04/2019 ) #74844

      1. Eyni sualı təkrar niyə verirsiniz ki? Axı məhz siz bunu əvvəl də soruşmusuz, yadımdadır. Heç bir icazə lazım deyil, bu qanuni bir şeydir. Əgər videoya aid şikayət yoxdursa, problem də yoxdur.
      2. Bunu artıq özünüz araşdırmalısınız. Yəni cavablar.net sual-cavab saytıdır, araşdırmanı siz etməlisiniz, sualınız olanda da soruşa bilirsiniz. Amma araşdırmanı, ümumi geniş məlumat verməni başqasından istəmək olmaz, bunu özünüz etməlisiniz.

      Youtube-da göstərilməməsi üçün Youtube-da video-nu UNLİSTED edə bilərsiniz, o halda video youtube-da görünməyəcək axtarışda, kanala daxil olanda və.s. – Youtube-a video yükləmisinizmi daha əvvəl? Əgər yükləməmisinizsə, o zaman bu sualları vermək düz deyil, əgər yükləmisinizsə, orada UNLİSTED məsələsini görməli idiniz.

      Lütfən, verdiyiniz suallar öncə özünüzün nəsə etdiyiniz (cəhd etmək, oxumaq, araşdırmaq), və çıxan sualları soruşmaq istədiyiniz suallar olsun, heç nəyə başlamadan, heç nə etmədən sual vermək olmaz – çünki o artıq sual deyil, məlumat toplamaqdır. Başqa şəxslər də sizin işinizdə sizin üçün məlumat toplamalı deyil, bu sizin vəzifənizdir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:01, 06/04/2019 ) #74846

Sual Cavabnan müelimat toplanırda Bilirəmsə daha neynirəm Soruşub?
Nə qədər olsada Axırı Pul qazanmağa,Pul batmamağa görə soruşulur müəlimat yığılır.kim istəyir pul batsın?
Saytdakı cavabın çoxsu müəlimat Bazasınan öyrənib cavab verilirdə Gərək link verilsin.linki verdimki məsləhətdimi saytın öz tariifiidmi yoxsa Başqa sayta verilən hostingdimi? Daha demədim Vimeonun bütün qaydalarını oxu mənə yaz .Mən özümə sığışdırmaram ,vaxtımda yoxdu Yalanan sual verim məzəlim saytnan ,attack deyiləm mən.bilmədiyimi soruşuram həmdə mənə görə caamat niyə girib araşdırsınki?
Youtuba Video atmışam minlərnən, Bilirəmsə daha nəyə soruşuram?
Cavab yazanda Şirin yaz. Əsəbləşib Cavab yazma,Ayrısı yazsın

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:16, 06/04/2019 ) #74848

    Verdiyiniz suallar qaydalara ziddir və güzəşt olaraq dərc edilir, xəbərdarlıq da ona görədir ki, bundan sonra nəzərə alasınız, eyni səhvləri təkrar etməyəsiniz, çünki bundan sonra artıq tədricən dərc edilməyəcək bu tip suallar.

    heç kim acıqlanmır və ya əsəbləşmir, burada insanlar bir birinə kömək etmək üçün toplanıb – amma kömək istəyən tərəf də bundan sui-istifadə etməməlidir.

    – məsələn, buradakı istifadəçilərə sən yox, siz deyə müraciət etmək lazımdır.
    – ensiklopedik məlumat soruşmaq olmaz – bunu özünüz araşdırmalısınız.
    – heç araşdırmadığınız, cəhdlər etmədiyiniz mövzularda sual soruşmaq qətiyyən olmaz. hər şey hazıra-nazır olmur. bir az cəhdi özünüz edin, gerisində çıxan suallarda sizə kömək etməyə çalışsınlar.

    verdiyiniz linkdə bilmirəm nə üçündür yazmısınız. Orada kifayət qədər aydın yazılıb, əgər dil problemi varsa, Google Translate ilə çevirə bilərsiniz. Əsas odur ki, sualınızı bişirib konkret hala gətirməlisiniz. Link verib “bunu mənim üçün oxu” demək sual-cavab saytı formatından kənar bir şeydir.
    Məsələn, sabah biri gəlib burada bir səhifəlik mətn yazsa, və “bunu mənə kim tərcümə edər?” yazsa, sizcə biz onu sual kimi qəbul etməliyik? Əlbəttə ki yox. Sual ilə başqalarına nəsə iş gördürməyin fərqini tutmaq lazımdır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Vuqar Mesimli cavab verdi - Online alış veriş. (4 saat əvvəl)

Maqa cavab verdi - Online alış veriş. (4 saat əvvəl)

Maqa cavab verdi - SAMSUNG A50 TELIM QIZIR (4 saat əvvəl)

Maqa cavab verdi - Albalı plus kartı haqqında (4 saat əvvəl)

E. Hacı cavab verdi - Online alış veriş. (1 gün əvvəl)

Vuqar Mesimli cavab verdi - Online alış veriş. (1 gün əvvəl)

E. Hacı cavab verdi - Online alış veriş. (1 gün əvvəl)

E. Hacı cavab verdi - İphone XS Max fromae sayti ile getizdirmək sərf edər yoxsa elə Bakidan mağazadan almaq? (1 gün əvvəl)

Marceline cavab verdi - İphone XS Max fromae sayti ile getizdirmək sərf edər yoxsa elə Bakidan mağazadan almaq? (1 gün əvvəl)

Marceline cavab verdi - İphone XS Max fromae sayti ile getizdirmək sərf edər yoxsa elə Bakidan mağazadan almaq? (1 gün əvvəl)

Farkhad Mammadov cavab verdi - İphone XS Max fromae sayti ile getizdirmək sərf edər yoxsa elə Bakidan mağazadan almaq? (1 gün əvvəl)

E. Hacı cavab verdi - İphone XS Max fromae sayti ile getizdirmək sərf edər yoxsa elə Bakidan mağazadan almaq? (1 gün əvvəl)

Marceline cavab verdi - İphone XS Max fromae sayti ile getizdirmək sərf edər yoxsa elə Bakidan mağazadan almaq? (1 gün əvvəl)

rmAZ cavab verdi - AliExpress Telefon Bağlaması (1 gün əvvəl)

E. Hacı cavab verdi - Xaricdən gətirilən telefonlar (2 gün əvvəl)

Software Developer - 600 xal

E. Hacı - 596 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 417 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

Maqa - 275 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 20826 sualdan 93%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2019