Hansı Linux? Linux Mint, Elementary OS və s.

Salam. Windows, MacOS və Ubuntu istifadə etmişəm. Uzun müddət Ubuntu istifadə etdikdən sonra interfeysi xoşuma gəlmədiyi üçün, başqa bir Linux distrosu istifadə etmək istəyirəm. Bunlardan Linux Mint, Elementary OS. Fedora, Arch Linux, Manjaro və s. var. Amma əsasən Debian (Ubuntu) based bir şey axtardığıma görə ilk ikisi daha çox maraqlandırır. Hər ikisini USB-dən live olaraq boot edib yoxladım. Elementary daha şıx görünür, MacOS bənzəri görünüşü və s. Desktopa fayl və qovluq yerləşdirmək olmur. Öz applikasiyaları var və s. Amma Chrome yüklədim, Applications bölümündə ikonu əvəzinə qırıq ikon göründü. (İkonu olmayan applikasıyalar üçün standart ikondu yəqin). Amma aşağıda panelə yerləşdirdikdə problem olmurdu. Bir də Chrome-da video açdım, dona-dona açılırdı. Linux Mint-da isə hər şey yaxşı idi. Eyni videonu Chrome-da açdım və problem olmadan çalışırdı. Ümumiyyətlə Mint çox şey vəd edir. Gələcəkdə mobil telefonlar üçün ƏS və s. Sadəcə Elementary-nin dizaynı daha çox xoşuma gəldi. Bilmək istəyirəm ki, diskdə install etsəm, problem aradan qalxar? Restart etdikdən sonra ikon yerinə gələr? Videolar düzələr? Ümumiyyətlə bu ƏS-in bugları çoxdurmu?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Elshad1992 (2019-06-03 12:09:51)
Təşəkkürlər cavablarınız üçün.

SahlarNiftaliyev (2019-05-23 18:22:50)
Şəxsən interfeys baxımından yanaşsaq, mənim fikrimcə Ubuntu 19.04 Linux Mint'dən daha yaxşı görünüşə sahibdir. Amma mən özüm bir neçə Linux distrosu istifadə etdikdən sonra Mint'də qalmağa qərar vermişəm. Səbəbini belə izah edim. Ubuntu Debian'ı necə daha istifadəli vəziyyətə gətiribsə, fikrimcə, Mint'də Ubuntunu daha asan, daha user-friendly edib. Bundan başqa Mint Ubuntudan daha az Memory (RAM) istifadə edir. Üstəgəl demək olar ki, Ubuntu üçün olan bütün həllər Mint'də də keçərlidir. Yəni community problemi yoxdur demək olar.

E. Hacı (2019-05-20 11:27:09)
"MacOS bənzəri görünüşü" - bu sizcə mənfi cəhət deyil? Poddelka kimi bir şey. Ciddi ƏS-in özünə məxsus görünüşü olmalıdır. Maraqlıdır, 18.04 mükəmməl UI-yə malikdir, niyə xoşunuza gəlmir ki. Mən 2009dan bəri fasiləsiz olaraq əsas ƏS olaraq Ubuntu istifadə edirəm. 9.04 versiyadan bəri gəlmişəm, 18.04 istifadə edirəm hazırda. Çox qəşəng, unikal, əla performanslı, stabil. ƏS seçərkən iki məqsəd ola bilər: 1. Sadəcə maraqlanmaq, macəra üçün - o zaman fedora, arch, elementary və.s. qurun yoxlayın bir az, bəlkə xoşa gəldi. 2. Gündəlik stabil istifadə üçün - Ubuntu məsləhətdir yenə. O olmazsa Mint. Bu məsələlərdə community önəmlidir. Ki sabah spesifik bir problem və ya məsələ çıxarsa, 1 dəqiqəlik google etməklə məsələ həll olsun - bu da Ubuntuda mümkündür, qismən də Mint-də. Community böyükdür deyə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntu 12.04 internet problemi

Ubuntunu Windows görünüşlü etmək

ubuntu 14.04 wordpress tema və plugin yüklənmir [xəta verir]

Ubuntu 11.10 install problemi

Windows-da VirtualBox

Ubuntu dil deyishimi ve skype