Salam. Printerlə bağlı postları araşdırsam da məni qane edən cavabı tapa bilmədiyim üçün bu sualı yenidən verməli oldum. Printerlər haqqında tamamilə anlayışsızam, yardımçı olsaz sevinərəm. Mən şəxsi istifadə üçün 3-ü 1-ndə rəngli printer almaq istəyirəm. Ay ərzində max 100 vərəq çap edərəm ya yox. Maksimum 400-500 Azn nəzərdə tutmuşam. Rəng doldurulmasına görə və s., hansı printer rahat, sərfəlidir?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
2
300 manata epson l132 modeli var çöx gözəl, yığcam printerdir. rəngi də rahat əlavə etmək olur, ayrıca rəng balonu var içərisində deyil. Bu linkdən keçib baxa bilərsiniz
0
Diqqətdən kənar qoymayıb cavabladığınız üçün təşəkkür edirəm. Qeyd etdiyiniz printerin skan funksiyası yoxdur deyəsən, mənə skan, çap və kserks xüsusiyyəti olan lazımdır, bir də Wi-fi-a qoşula bilən. Əslində özüm də axtardım onlayn mağazalarda, tapdıqlarımın ya sürəti zəif olur, ya başqa nəyi isə çatışmır. Amma anladığım o oldu ki, siz rəng texnologiyası şırnaqlı olanı məsləhət görürsünüz?
Sual verin
Cavab verin