Mən gündəlik olaraq ən azı 2-3 saat youtubeda videolara baxıram .Həm proqramlaşdırmanı öyrənirəm ordan ,həm dil öyrənirəm və və s. .Son günlər youtubeda reklamlar çoxalıb .Demək olar ki hər videoda 3-4 dəqiqədən bir reklam gəlir .Bu artıq məni çox bezdirib. Buna heçnə etmək olmaz ki ?
Reklamlarsa eynidi . Game of Throne və Wix.com reklamlarıdı .Bu reklamları dislike etsəmdə yenədə əl çəkmirlər məndən.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
2
AdBlocker proqramları var brauzer extensionları şəklində, amma ilk öncə bunu düşünmək lazım.
Youtube sizə nə verir? Böyük xəzinə. Faydalı videolar, proqramlaşdırma, dil və.s.
Siz nəsə ödəyirsinizmi əvəzinə? Heç bir qəpik də ödəmirsiniz. Bu necə olur bəs? Nəsə ödəmək lazımdır axı.
Reklamları sizə niyə göstərirlər? Pul qazanmaları üçün. Sizin köməyiniz ilə pul qazanmış olurlar bir növ. Yəni siz reklamlara baxmaqla etik olaraq borcdan çıxmış olursunuz. Çox ya az, fərq etmir. Skip etmək imkanı da olur 4-5 saniyəyə.
Şəxsən mən məhz bu səbəbdən adblocker istifadə etməyi qeyri-etik sayıram və heç bir zaman istifadə etmirəm.
Mən borcumu belə ödəmək istəmirəm, pul desinlər pul verim deyirsinizsə, artıq Youtube Red çıxıb, ayda 10$ filan ödəyən şəxslərə heç bir reklam filan görünmür. Azərbaycan üçün hələ ki aktiv deyil, ünvanı xaric göstərib aktiv etmək olar yəqin, cəhd etməmişəm. https://www.youtube.com/premium
Reklamların çeşidinə gəldikdə isə Google reklamları iki cürdür – sizin ziyarət etdiyiniz saytlar əsasında süni intellektin qərar verdiyi reklamlar, bir də siz əgər bu xüsusiyyəti söndürsəniz – o halda sadəcə təsadüfi reklamlar.
Azərbaycan locationunu seçərək reklam verən azdır deyə burda əsasən eyni reklamlar çıxır.
Xaricə gedib Youtube-u açanda TV-yə dönür bir növ, videonun əvvəlində və ortasında reklamlar – özü də arabir yox, məhz hər videoda, istisnasız. Hər dəfə də ayrı-ayrı reklamlar.
2
Möhtəşəm, əsl empatiya budur 🙂
Sual verin
Cavab verin