Salam. Pul yatırımı üçün variantları araşdırırdım və tesadüfən Socarin istiqrazları barəsində öyrəndim. Təcrübəsi olan var bu sahədə? Riskli yatırımlara girişmək istəmirəm. Müvəqqəti pul yatırıb, stabil gəlir üçün məsləhətlidirmi bu istiqrazları almaq? Banka depozit qoymaq məsləhətdir yoxsa istiqraz almaq? Fərqləri nədir? Və ya daha gəlirli yatırım növü bilirsizmi?
Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)
1
Yatırım riskdir və heç bir halda kimsə məsuliyyət altına girərək sizə deyə bilməz ki, pulu bura yox ora qoyun, və ya bura qoyun mütləq və.s.
Belə şeylərdə riski özünüz etməlisiniz, çünki gəliri kimləsə bölüşməyəcəyiniz kimi, uğursuz sonluğun səbəbkarı olmağı da kimləsə bölüşməməlisiniz.
Risk hər yerdə var, risksizlik və gəlirlilik – bunlar bir birinə zidd anlaylşlardır və hər daim onların arasında nisbi qızıl orta axtarışları olub. Təbii ki, vahid bir həll tapan da olmayıb, çünki yoxdur.
Risk azaldıqca gəlir də azalır, risk artdıqca gəlir şansı da artır.
SOCAR istiqrazları və bank gəlirini müqayisə etsək:
1. Pulunuzu mütləq dollarda saxlamaq istəyirsinizsə, manata güvənmirsinizsə, o halda istiqraz bankdan sərfəlidir. Biri illik 5% verir, biri 1%.
2. Manat ilə yatırım istəsəniz, bank sərfəlidir, çünki istiqraz 5%-dir, banklar isə 9-12%.
Risk baxımdan ikisini də eyni qrupa aid edərdim – zira, banklarda 30 minə qədər məbləği dövlət sığorta ilə qoruyur, yəni pul batmır, bank batsa da.
İstiqrazda oxşardır durum, buraxan şirkətin sahibi dövlətdir deyə, yenə də gəlir eyni yerə çıxır sonluq.
Öz sahənizə yaxın bir şey üzrə biznes qurmaq üzərində də düşünə bilərsiniz. Məlum, biznesdə risk daha yuxarıdır deyə gəlir də yuxarıdır, 25-50% və bəzən daha yuxarı.
Passiv olan və başqasını riskə ortaq edən yatırımlar(bank əmanəti, istiqraz və.s.) ən aşağı gəlirli yatırım sahələridir.
0
Çox sağolun cavabınıza görə. Bəs 30 mindən artıq pul qoysaq? Tutaq ki, 50 min qoyduq onda ancaq 30 mini siğortalanır? Nəsə hadisə baş verərsə 20 min batır? Pulun 100 faizini sığortalamaq mümkündürmü? Sabah əslində Beynəlxalq Banka yaxınlaşıb dərindən öyrənəcəyik şərtləri amma düşünürəm təcrübəsi olan birindən məsləhət almaq həmçinin vacibdir. Bank seçimində məsləhət verə bilərsinizmi? Biz Beynəlxalq Bankı nəzərdə tutmuşuq hələki.
Əlbətdəki mən sadəcə məsləhət alıram burda. Belə qərarları düşünüb dərindən araşdırıb sonra addım atırlar. Amma siz manata güvənmirsizse deyə cümlə işlətdiniz. Məndə istəyirəm sizin fikrinizi alim. Siz qoysaz banka pulu dollarla qoyardız ya manatla? Söhbət 5-10 mindən yox daha yuxarı məbləğdən getsəydi manata güvənərdiz ya dollara? Və əsas odur ki, pulun hamısını sığortalamaq olarmı? Biznes barədə isə mütləq düşünürəm sadəcə hal hazırda vaxt ayıra bilmirəm. Tam özümü bu işə sərf etməyə hazır olana qədər istəyərdim pul birazda yığilsın.
1
2 yerə bölə bilərsiniz. 30 min bir banka, 20 min digər banka. Eyni banka qoysanız və tutaq ki o bankın başına iş gəlsə, bəli 20 min ilişir qalır. məhkəmə o bankın borclarını toplatdıra, mülklərini satandan sonra əgər yerdə hamıya çatacaq qədər pul qalarsa(ki çox vaxt qalmır), o halda qalan 20 mini də verirlər bir neçə il ərzində.
Bank barədə hər hansı məsləhət verə bilmərəm. Şəxsi fikrimə görə qeyri-dövlətlərdən Ziraat, Access, Yapı, dövlətlərdən isə hər biri (AzərTürk və Beynəlxalq) mənim subyektiv fikrimə görə güvənlidir. Amma bu sadəcə fikirdir və səhv də ola bilər. Daha çox məlumat toplamanız lazımdır.
Valyutaya gəldikdə isə – dollarla faiz aşağıdır, amma dollar daha güvənli valyutadır. Manatla isə faiz yuxarıdır. Yəni yenə də gəlir risk-gəlir tərs mütənasibliyinə çıxır.
Şəxsən mən 1-2 illik müddətə qoysaydım, çox güman ki manat qoyardım. 5-10 illik filan qoysaydım, dollar.
0
bes pul qalmayanda necə olur? dövlət onu siğortalamır ki?
0
Tutaq ki, 50 min qoymusunuz hansısa banka. Bank da tutaq ki, batdı. Dövlət onun 30 minini qaytarır. 20 min isə bank bankrot olub deyə bütün mülkiyyəti satılandan sonra, kreditlərin topladıqdan sonra pul qalarsa, əmanətçilərə paylanır. Qalmazsa, pul batır gedir.
Yəni dövlət öncədən deyir ki. mən 30 minə qədər sığortalayıram, ondan o tərəfi mənlik deyil.
Ona görə də işini ehtiyatlı tutan şəxs gərək ki, hər biri 30 mindən çox olmamaqla bir neçə banka qoya pulunu.
0
Təşəkkürlər bəs accesbank avropa bankıdır?.
0
Salam. Banka yaxınlaşdıq bu gün. Dedilər ki, pulun 100 faizi sığortalanır. 30mində qoysaz 50mində 100mində sığortalanır hamısı, dövlət bankıdır və s. güvənə bilərsiz dedilər. Başqa Bankları bilmirəm amma Beynəlxalq bank bizə belə məlumat verdi. Sadəcə evdəkilər narahtdirlar. Sovet vaxtiki banka pul qoyublar batib indi qorxurlar, inanmırlar banklara. Yəqinki elə Beynəlxalq bankı seçərik. Görəsən pulu avroya çevirib xarici bankda saxlamaq olardi xaricə getmədən? Odaki uzun dərə işdir yəqin elə astarı özündən baha başa gələr.
0
https://www.accessbank.az/az/our-bank/shareholders/
0
nəsə güclü bir banka oxşayır mən əvvəllər heç belə bilməzdim bunu saytına girəndə adi bir banka oxşayır.
0
“Görəsən pulu avroya çevirib xarici bankda saxlamaq olardi xaricə getmədən? Odaki uzun dərə işdir yəqin elə astarı özündən baha başa gələr.”
Çətin məsələdir. Bank işlərində birbaşa iştirak lazımdır. Xaricdə sizə yaxşı faiz verən olmayacaq, o da var.
Sual verin
Cavab verin