Almaniya bank kartı üzərindən qazandığım pula görə vergi ödəmə

Salam,
Mənim belə bir sualım var. Bildiyiniz kimi bizim ölkədə xaricdən ödəniş almaq ya qeyri mümkündür yada dolayı yolla xərci çox olur. Əgər mənə təmin olunmuş, başqasının adına olan amma mənim istifadəmdə olan Almaniya bank kartı ilə ödənişlərimi paypal və ya hər hansı şirkət üzərindən alsam bunun üçün Almaniya vergi sisteminə uyğun olaraq vergi ödəməliyəm? Yəni nə vaxtsa kartın sahibinə qarşı məhkəmə qaldıra bilərlər? Əslində məntiqlə ödəmək məcburiyyətindəyəm. Dedim bəlkə ehtiyac olmaz.

Ümumiyyətlə PayPal-ın nə vaxtsa Azərbaycana gəlməsi ilə bağlı bir xəbər var?

Cavablara görə indidən təşəkkürlər.


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(00:08, 15/07/2019 ) #75583

“Bildiyiniz kimi bizim ölkədə xaricdən ödəniş almaq ya qeyri mümkündür yada dolayı yolla xərci çox olur”
Heç də elə deyil. Paypal-ın olmaması böyük problemdir bəli. Amma digər alternativlər yox deyil. Xərci də başqa ölkələrdə olduğu qədərdir və hətta bəzən daha azdır.

“Almaniya bank kartı ilə ödənişlərimi paypal və ya hər hansı şirkət üzərindən alsam bunun üçün Almaniya vergi sisteminə uyğun olaraq vergi ödəməliyəm?”
Sözsüz. Məhkəmə yox, elə ilk ödənişdən bir müddət sonra kart sahibinə ağır vergi cəriməsi gələcək. Ki sən niyə sahibkar olduğun haqda xəbər belə vermədən burada pul qazanmaqla məşğulsan. Gəl cəriməni ödə və bir də tax İD filan əldə edib qanuni sahibkarlıq edib hesabatını və vergini ver.

“Ümumiyyətlə PayPal-ın nə vaxtsa Azərbaycana gəlməsi ilə bağlı bir xəbər var?”
Mənim fikrimcə gələr 1-2 ilə. Sadəcə gümandır. Konkret bir xəbər yoxdur. Bir neçə dəfə cəhdlər olub, dövlət səviyyəsində də bir dəfə maraqlanıblar Paypalı dəvət ediblər – amma görünür ki, onları qane edən şərtlər mövcud deyil bizdə hələ də.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:22, 18/07/2019 ) #75615

    Ətraflı cavab üçün çox təşəkkürlər. Anladım

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (8 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (16 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (35 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (42 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (47 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (56 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (60 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (64 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (70 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23289 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024