İnstagramdakı butikə data qurmaq

Salam. Mən instagramda bir butik səhifə açıram. Mənə əldə olan, sifariş verilib yolda olan malları bir data da saxlamaq lazımdır.. və bu datanı mən online olaraq bir blogspotdan və ya vvordpressdən idarə etmək istəyirəm (idarə etmək əsas deyil idarəni başqa cürdə etsəm olar) əsas mənim bu dükanımdakı malları kateqoriyaya ayrılmış şəkildə alıcı görə bilsin və nə qədər qalıb. Sifariş nə qədər olunub? Yolda gələn varmı.
.
.
Misal üçün mən alıcı kimi instagramda baxanda bu səhifənin mallarını postlarda qarışıq görürəm.. və bioda kı sayta daxil oluram.. bir dükan saytı kimi.. və orada istədiyim kateqoriyadakı mallara baxıram.. nə qədər qalıb, hazırda sifariş olunan var? (Yəni yolda gələn) sifariş etmək istəsəm və ya almaq istəsəm isə mobil nömrə ilə əlaqə saxlayaraq ala bilərəm…

.
.
Bir satıcı kimi isə əldə bu maldan qalıb ya yox? Kateqoriyalara görə malı daha tez tapmaq.. və mallar satılan zaman ,gələn zaman. Bu malların sayını artırıb azaltmaq yolda olan malları hələ yolda olaraq qiymətləndirmək. Yeni mallar əlavə etmək.. satılmayacaq malları datadan çıxarmaq .. və ya arxivləmək.
.
.
.
Yəni mən istəyirəmki nəsə soruşulan zaman o maldan əldə olub olmadığını bilmək və ya saya əlavə etmək və ya satılandan sonra əlavə etmək.. əgər mal əldə varsa sifariş verənin ünvanını kuryerə göndərmək ki kuryerdə malı aparıb çatdırsın…
.
. Bilmirəm başa sala bildim fikrimi ya yox? Nəsə sual olsa buyura bilərsiz. Və ən əsası mən bunu pulsuz etmək istəyirəm.. yəni domen adı filan lazım deyil.. ona görə blogspot və ya wordpress dedim.. əgər pul çıxacaqsa ən minimum olsun mümkünsə.. və nəq qədər pul tələb olunur deyərdiz bir zəhmət


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(17:07, 18/07/2019 ) #75613

Təsvir etdiklərinizin qısaca adı var: E-Commerce

E-Commerce CMS-lər çoxdur, WordPress üzərində olan WooCommerce var, və ya ayrıca CMS olan Opencart, Prestashop və.s. var.

Hamısı da pulsuzdur. Sadəcə siz texniki bilik və ya bu sahədə təcrübə olmadan onu pulsuz edə bilməzsiniz. Yəni qətiyyən mümkün deyil.

Hostinq, domen, veb sayt quraşdırmaq, woocommerce install etmək, data import etmək və.s.
Təəssüf ki, bunların pulsuz yolu olmur əgər mütəxəssis deyilsinizsə. Müəyyən büdcə ayırıb bu sahədə bilən biri ilə işləyə bilərsiniz.
Və yaxud da online kurslardan filan
how to install wordpress
how to install woocommerce
filan yazıb ardıcıl gedə gedə öyrənə bilərsiniz bir neçə aya.

WordPress, Blogspot və.s. ilə bu mümkün deyil. Yuxarıda bəhs etdiyim WordPress sizin bəhs etdiyiniz WordPress.com deyil, tam ayrı bir platformadır.

WordPress.com, blogger.com ancaq bloq yazmağa yarayır, WordPress CMS isə üzərində e-commerce qurulması mümkün olan platdormadır, sadəcə onu gərə öz serverinizdə qurasınız, hansısa saytda hesab açmaqla olmaz o.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:18, 18/07/2019 ) #75614

    Mənə envatodan pulsuz olaraq aşağıda göstərdiklərim verilmişdir.
    https://codecanyon.net/item/norsani-multivendor-food-ordering-system/22255486
    https://codecanyon.net/item/improved-sale-badges-for-woocommerce/9678382
    Bunlar hal hazırda əlimdə var.
    Bəli sizin dediyiniz wordpress cmsibilirəm.
    Sadəcə olaraq mən voocommerce dəki kimi online satış etməyəcəm .. zəng edəcəklər istəyən olsa və ya yazacaqlar .. yerində ödəmə ilə çatdırılma olacaq.
    Bunun üçün mən shopify da bilirdim lakin mən pulsuz istəyirəm.. vorpressdə mən bu dediklərimi araşdırıb pulsuz edə biləcəm?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:36, 19/07/2019 ) #75619

OpenCart məsləhətlidir fikrimcə. Əgər online ödəniş olmayacaqsa işiniz asandır. Domen .com ilə açsanız, Name.com’dan illik (birinci il) 9 dollardan başlayan qiymətlə əldə edə bilərsiniz. Hosting olaraq free hostinglər var amma məsləhət deyil. Əgər yox mütləq free olsun deyirsinizsə, biznesiniz oturuşana qədər Googiehost deyilən hosting şirkətini seçə bilərsiniz. Free SSD hosting verir, free ssl sertifikat verir, cpanel girişi var, email var və s. Amma dediyim kimi, free hosting’lər müştərini atmağa bəhanə axtarır. Xüsusən də bandwidth söhbətinə diqqət etmək lazımdır. Mən ucuz olan və qiymətinə görə əla supportu olan FastComet məsləhət görə bilərəm başlamaq üçün.
OpenCarta şıx görünüşlü bir tema ala bilərsiniz və ya free olanlardan istifadə edə bilərsiniz. Sonra sizə qalır tərcümə etmək. Stokda varmı, yoxmu, bu şeyləri idarə etmək bəsit şeydir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:09, 21/07/2019 ) #75654

    Opencartin derslikleri var?eger varsa zehmet olmasa ata bilersiz?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(05:18, 19/07/2019 ) #75621

Size emelli bashli ecommerce sayt lazimdir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (1 gün əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (3 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (7 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (7 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (11 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (11 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (11 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (11 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (11 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (13 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (13 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (23 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (24 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23237 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024